vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
23:05 | 31 avqust 2018 | Cümə Məqaləyə 2235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı sakinlərinə yeni qadağa

Eyvanlarda paltar asmaq yığışdırılır

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib.

Bu haqda mətbuata sakinlərdən məlumat daxil olub. Hazırda bu iş üzrə rayon icra hakimiyyətlərinə tapşırıq verilib.

Mənzil sahiblərindən tələb olunur ki, küçə və prospektlərə baxan eyvanlardan paltar asılmasın.

Məlumatda həmçinin bildirilir ki, bu qadağa Bakının bütün rayonlarına şamil olunacaq. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər.

Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur.

Xatırladaq ki, bu ilin iyun ayında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərindən eyvanlardan paltarların qurudulması qadağan edib.