vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
14:02 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 1472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya qisas alacaqmı?

Zaxarçenkonun məhvinin fəsadları …

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü ilin aprelində Donetskdə əsas inzibati binanın ələ keçirildiyini yerindəcə müşahidə etdikdə bu gün qətlə yetirilən Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko da həmin binada idi. Ətrafda gəzişdim və separatçıların yaxşı hazırlaşdıqlarını, Rusiyadan kifayət qədər dəstək aldıqlarını anladım. O dönəmdə Ukraynada hakimiyyət boşluğu var idi. Bu həm Rusiyanın, həm də Donetskdəki separatçıların işinə yaradı. Ancaq qısa zaman kəsiyində Ukrayna özünə gəldi, dağılan ordunu və kəşfiyyat xidmətini yenidən qurdu.

Ukrayna kəşfiyyatı son 2 ildə separatçıların xeyli səhra komandirini aradan götürüb. Zaxarçenkonun neytrallaşdırması Ukrayna kəşfiyyatının növbəti uğurlu əməliyyatıdır. Ancaq qorxuram ki, Rusiya kəşfiyyatı da cavab tədbirləri hazırlasın. Rusiyanın Kiyevdə əmr gözləyən gizli qrupları az deyil. Ötən ilin iyul ayında oğlumla Kiyevdə olanda qaldığım evin iki addımlığında Ukrayna kəşfiyyat xidmətində çalışan yüksək rütbəli zabitin maşını partladı, özü həlak oldu. Daha sonra Kiyev və Odessada oxşar terror aksiyaları baş verdi. Böyük ehtimalla Rusiya kəşfiyyatı intiqam əməliyyatına hazırlaşır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)