vaxtlı-vaxtında oxuyun! Cümə, 19 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9649 AZN
Rusiya rublu 1 RUB = 0.0260 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2393 AZN
Türk lirəsi 1 TRY = 0.2990 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:16 | 2 sentyabr 2018 | Bazar Məqaləyə 273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin Qarabağ münaqişəsinin həllinə marağı varmı?

Meydana çıxdığı gündən indiyə kimi açıq qalan sual

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-də edəcəyi səfərə böyük diqqət var idi. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyinin anonsunu vermişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-ə keçirildi.

Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı.

Birinci yanaşma. Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər də var idi. Ancaq bunun üçün Azərbaycan da nəsə addım atmalıdır. “Nəsə” deyilən addım da Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü sayıla bilərdi. Çünki Azərbaycan prezidentinin Rusiyaya səfərindən hələ 10 gün əvvəl qəfil bu mövzu Azərbaycan cəmiyyətinin müzakirəsinə çıxarıldı və təşkilata üzvlüyün Azərbaycanın xeyrinə olacağı kimi fikirlər aşılanmağa başladı. Ancaq “kim təminat verə bilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək” sualı da açıq qalırdı. Buna baxmayaraq, Azərbaycan prezidentinin Rusiyaya səfəri çərçivəsində bu məsələyə aydınlıq gətiriləcəyi birinci yanaşmanın ana xəttini təşkil edirdi.

İkinci yanaşma. Azərbaycan prezidentinin Rusiyaya səfəri bundan əvvəlki səfərlərdən fərqlənməyəcək. Prezidentlər həmişəki kimi iqtisadi və ticarət əlaqələrinin genişlənməsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından danışacaqlar. Bu baxımdan prezidentlərdən xüsusi açıqlama gözləməyə dəyməz.

Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.

İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi: “Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik”.

Görüş yekunlaşqıddan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: “Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.

Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olub. Buna baxmayaraq, Putinin Qarabağla bağlı sözlərində niyyət var, qətiyyət yoxdur. Bu görüşdən sonra da “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı açıq qalır. Bu sual açıq qalırsa Azərbaycanın Rusiyanın xeyrinə xarici siyasətinə ciddi korrektə edib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün gündəmdə saxlanılmasının mənası yoxdur. Çünki ortada Qarabağla bağlı qazancımız yoxdur.

Yeri gəlmişkən, Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Rusiya prezidentinin Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etməsi də Azərbaycana xoş olmayan mesaj sayıla bilər. Putin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)