vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9673 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2346 AZN
Türk lirəsi 1 TRY = 0.2937 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:08 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentmi, baş nazirmi?

Ermənilər seçim qarşısında ...

Zeynal ƏMİRALIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda artıq 4 aylıq bir müddətdir ki, Nikol Paşinyan başçılıq etdiyi hökumət iqtidardadır. Yeni hökumət inqilab hökuməti hesab olunsa da və inqilabi dəyişikliklər edəcəyi gözlənilsə də bütün ümidlər boşa çıxardı. Daxildə heç bir demokratik dəyişikliyə getmədi. Əksinə, yeni vəzifəyə gələn hökumət üzvləri cəmiyyətin tanımadığı və öz sahələrindən anlayışı olmayan insanlardır. Onların böyük əksəriyyətinin Soros Fonduna bağlı olması isə diqqət çəkən başqa bir məsələdir.

Paşinyan 4 aydır ki, öz hakimiyyətindən daha çox köhnə problemlərini həll etmək istifadə edir. Paşinyana əsas rəqib kimi keçmiş prezidentlər Robert Köçəryan və Serji Sərkisyan, həmçinin Qarabağdakı separatçıların lideri Bako Saakyan kimi görsənsə də, əslində yeni baş nazir üçün kölgədə qalan və toxuna bilmədiyi çox böyük bir rəqib var. Bu Ermənistan prezidenti Armen Sərkisyan.

Son zamanlar baş nazirin əleyhdarları prezidentin ətrafında cəmləşməyə başlayıb. Təsadüfi deyil ki, ölkədə artıq bir müddətdir baş nazirin səlahiyyətlərinin bir hissəsinin prezidentə verilməsi barədə təkliflər səsləndirilir. Əslində anti-paşinyançıların Sərkisyanın yanında yer alması ağıllı işdir. Baş nazir nə qədər demokratik görsənsə də rəqiblərini həbs edib yox edəcək qədərdə avtoritar bir siyasətçidir. Erməni millətçiləri və cəmiyyətdə hörməti olan erməni ziyalıları da Paşinyana müsbət imiclə baxmır. Həqiqətən də Paşinyanla Sərkisyanı müqayisə etdikdə aralarında çox böyük fərq var (söhbət Armen Sərkisyandan gedir).

Biri yüksək təhsil görüb, geniş biznesi var. Həm Rusiyada, həm Qərbdə güclü əlaqələrə malikdir,  yüksək vəzifələrdə işləyib, ölkənin baş naziri olub, mühüm diplomatik görəvlərdə çalışıb və ən əsası xalqla rəftarı yaxşı bilir. Digəri isə keçmiş müxalif jurnalistdir, işi-gücü iqtidarı söymək və mitinq meydanlarında döyülmək olub. Sadə xalqın da artıq Nikola olan etimadı azalıb. 4 aylıq bir dövrdə ölkədə müsbətə doğru heç bir dəyişiklik baş verməyib. İqtisadiyyatdakı çöküş davam edir.

Ermənistanın Rusiya ilə münasibətləri pozulub, Azərbaycanla danışıqlar dondurulmuş vəziyyətdədir. Qarabağdakı separatçılarla İrəvan arasında böyük uçurum yaranıb, ölkə daxili siyasi böhranın təlatümündədir. Hazırda ermənilər indiki ilə keçmiş hökumətlərin savaş dövrünü yaşayır. Kimin qalib gələcəyi isə qeyri-müəyyəndir. Çünki bir qrup Kremldən, bir qrup isə Qərbdən dəstək alır. Belə olan halda insanların prezidentin ətrafında cəmləşməsi anlaşılandır. Paşinyan Sərkisyana hazırki vəziyyətdə heç nə edə bilməz. Baş verəcək yeni seçkilərdə Sərkisyanın fərqli siyasi qüvvələrlə ittifaqı Paşinyanın sonu ola bilər.

Zənnimcə, prezident parlament seçkilərində Daşnaküstyun Partiyası və İrs Bloku ilə gizli sövdələşməyə gedə bilər. Paşinyanın hökumətinin devrilməsində Respublikaçılar və Firavan Ermənistan partiyaları da maraqlıdır. Paşinyanın sonunu gətirmək isə yalnız tərəflərin iş birliyi sayəsində olacaq. Bu hərəkata rəhbərlik edəcək şəxs isə Armen Sarkisyandır. Tək şərti isə prezident səlahiyyətlərinin çoxaldılması olacaq. Düzdür, müxaliflərdən qabaq Paşinyanda Sərkisyanla razılığa gələ və səlahiyyətlərinin bir hissəsini ona verə bilərdi. Ancaq o, bundan imtina etdi və bu yaxınlarda etdiyi açıqlamada səlahiyyətlərindən ancaq parlamentin xeyrinə əl çəkə biləcəyini bildirdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *