vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
15:41 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 1483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Cavab hərəkətlərinə hazırıq”

ABŞ-la Rusiya arasında birbaşa hərbi toqquşma riski

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva son həftə ərzində Vaşinqtonu xəbərdar edib ki, Rusiya və Suriya qüvvələri ABŞ hərbçilərinin nəzarəti altında olan Suriya ərazilərinə zərbələr endirməyə hazırdır. Virtualaz.org xəbər verir ki, bu barədə CNN telekanalı bildirir.

Telekanal Pentaqondakı mənbələrə istinadən qeyd edir ki, Rusiya tərəfi həmin ərazilərdə “yaraqlıların olduğunu” bildirib. Bununla əlaqədar Vaşinqtonda narahatlıq yaranıb ki, əgər Rusiya zərbə endirsə Amerika qüvvələri təhlükə altında qala bilər. Buna görə də Amerika tərəfindən Moskvaya “ABŞ-ın hərbi iştirakına qarşı çağırışdan çəkinmək”, barədə xəbərdarlıq edilib.

Bildirilir ki, Vaşinqton Amerika hərbçilərinin Homs əyalətindəki Ət-Tanf bazasından narahatdır. Telekanalın məlumatına görə belə narahatlıq var ki, Rusiya aviasiyanı və Aralıq dənizinin şərq hissəsində cəmləşdirilmiş gəmilərdən qanadlı raketləri işə salaraq yaraqlılar adlandırılanlara zərbə endirə bilər. Bu isə əgər Rusiyanın zərbələri dəqiq olmasa bilavasitə Amerika qüvvələrinin tətbiq olunması ilə müşaiyət olunan birbaşa hərbi qarşıdurmaya gətirib çıxarar.

“Biz şühəsiz ki, onlara Ət-Tanfdan uzaq dayanmağı tövsiyə etmişik. Biz cavab hərəkətlərinə hazırıq”, -Pentaqondakı mənbə bildirib.

Mənbələr onu da deyiblər ki, son günlər Amerika qüvvələrinin yerləşdiyi rayonun ətrafında Rusiya yerüstü qüvvələrinin cəmləşməsi müşahidə edilmir.

Bununla belə məlumdur ki, Rusiya Aralıq dənizinin şərq hissəsində hərbi dəniz qüvvələrini görünməmiş miqyasda artırıb. Bölgəyə qanadlı raketlər daşıyan gəmilər göndərilib.

Bu ilin fevralında Deyr əz-Zor vilayətinin Hişam rayonunda “Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdluları Amerikanın dəstəklədiyi kürd qüvvələrinin nəzarətində olan neftayırma zavodunu ələ keçirməyə cəhd etmişdi. Amerika ordusu isə havadan həmin qüvvələrə sarsıdıcı zərbələr endirərək yüzlərlə rusiyalı muzdlunu məhv etmişdi.