vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
17:53 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 1857 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İdlib müttəfiqləri ayırır

Putinin dediyi oldu

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində Tehran görüşü canlı yayınlanmamalı idi. Prezidentlər bir-birini salamlayandan sonra görüş qapalı müstəvidə keçirilməli idi. Rusiya tərəfi iddia edir ki, İran televiziyasının prezidentlərin görüşünü canlı yayınlayacağı əvvəlcədən razılaşdırılmamışdı. İran tərəfi də səhv etdiyini boynuna alır. Ancaq Tehran efiri qəsdən də açıq tuta bilərdi. Məqsəd Türkiyə ilə Rusiya arasında İdliblə bağlı fikir ayrılığını ortaya qoymaq idi. İran prezidenti Ərdoğanla Putin arasındakı mübahisəyə qarışmadı. Ərdoğan düz 3 dəfə “atəşkəs elan edək” dedi, Putin hər dəfə qulaqardına vurdu. Putin çıxışında bir məqamada diqqəti çəkdi: “Terrorçularla atəşkəs mümkün deyil”. Yekun bəyanata Ərdoğanın istədiyi kimi “atəşkəs” ifadəsi salınmadı. Putinin dediyi oldu.

Türkiyə, Rusiya və İranın iştirakı ilə bağlı xeyli müddətdir “Astana prosesi” cərəyan edirdi. Bu prosesi davam etdirmək çətindir. Çünki Rusiya və İran Suriya rejiminə dəstək verir, Türkiyə isə Bəşər Əsədi qanuni prezident saymır. Digər tərəfdən İblib ətrafında yaranan gərgin vəziyyət Türkiyəni haqlı olaraq narahat edir. Çünki İdlibdə 3 milyon suriyalı yaşayır, ora davamlı bombardman olunsa xeyli mülki vətəndaş öləcək və qaçqınlar Türkiyəyə axın edəcəklər. Məsələnin başqa tərəfi də var. Suriya ordusu İdlibi nəzarət altına aldıqdan sonra Türkiyə ordusunun Suriyadan çıxarılmasını daha qətiyyətlə tələb edəcək. Hazırkı şərtlər daxilində isə bu Türkiyənin maraqlarına cavab vermir. Çünki, Türkiyə ordusu Suriyanın Qərb bölgələrini tərk etsə, həmin ərazilər terrorçu PKK-ya bağlı qruplarına nəzarəti altına keçəcək. Ona görə də Türkiyə İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini istəmir. Ancaq gedişatın Türkiyənin istədiyi kimi cərəyan edəcəyini söyləmək çətindir. Buna baxmayaraq, Türkiyə "Astana prosesi"ni tərk etməyəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)