vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:40 | 23 noyabr 2018 | Cümə Məqaləyə 1622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ermənistan əziyyət çəkəcək”

Tehrandakı erməni kilsəsinin başçısı Paşinyanla razılaşmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran-Ermənistan sərhədinin bağlanacağı ehtimalı haqqında dedikləri reallığı əks etdirmir”.

“Report” xəbər verir ki, bunu Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sərkisyan bildirib.

Onun sözlərinə görə, son 28 ildə İran-Ermənistan sərhədi heç bir şərt irəli sürülmədən açıq olub.

Arxiyepiskop vurğulayıb ki, əgər sərhəd bağlansa, bundan yalnız Ermənistan ziyan çəkəcək: “İran güclü dövlətdir. O bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək”.

Qeyd edək ki, N.Paşinyan bu ilin noyabrın 1-də parlamentdəki çıxışı zamanı ABŞ-ın Tehrana münasibətinə və başqa geopolitik problemlərə toxunub. O deyib ki, yaranmış vəziyyətə görə Ermənistan-İran sərhədi istənilən vaxt de-fakto bağlana bilər.