vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
10:28 | 11 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 2058 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyanın əsas rəqibi

Ermənistanda növbədən kənar parlament seçkisi və nəticələrinə sözardı

Elşən RAHİM

Dekabrın 9-da Ermənistanda növbədən kənar parlament seçkisi keçirildi və nəticəsi də hər kəsin gözlədiyi kimi Nikol Paşinyanın yaratdığı “ Mənim Addımım” bloku böyük səs çoxluğu ilə “70,43 faiz” səslə seçkidə qələbə qazandı. Bu nəticə göstərir ki , Paşinyan və yaratdığı partiya hakimiyyəti tək başına quracaq. Parlamentdə Paşinyanın partiyası ilə yanaşı “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının nümayəndələridə iştirak edəcək. Məhz bu 3 partiya qoyulan barajı keçə bildi. Ermənistan seçki qanunlarına əsasən 5 faiz siyasi partiyalara , 7 faiz baraj isə siyasi bloklara lazım olan səs faizidir.

Bəli seçkilər bitdi Nikol Paşinyan qələbə qazandı, lakin məhz Paşinyanın qarşısında bir sıra problemlərin həlli yollarını tapmaq, ölkəni düşdüyü iqtisadi çətinlikdən çıxarmaq və islahatlar həyata keçirmək, xarici siyasət xettini müəyyənləşdirmək və ələlxüsus da bizi maraqlandıran əsas 2 məsələ əsirlərin qaytarılması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində necə bir addım atacağı maraqlandırır.

Dağlıq Qarabağ məsələsi ətrafında əldə olunmayacaq razılığın nəticəsi cəbhədə vəziyyəti kəskin şəkildə gərginləşdirəcək, tez-tez atəşkəs pozulmasına gətirib çıxaracaq. Bizdə belə bir utopiyaya inanmayaq ki, Paşinyan hakimiyyəti Dağlıq Qarabağı bizə qaytaracaq. Buna əsas səbəb isə Moskva hakimiyyətinin yürütdüyü siyasət və erməni cəmiyyətinin Paşinyana göstərə biləcək güclü təzyiqlər ola bilər.

Əsirlərin mübadiləsinə gəldikdə isə biz Paşinyanın seçkilərdən öncə belə bir addım atmayacağını bilirdik çünki Paşinyanın özü də bilirdi ki, belə bir atdım cəmiyyətdə 2 ci Ramil Səfərov effekti yaradacaqdı və buda seçkilərdən öncə onun nüfuzunu və reytinqini aşağı salacaqdı. Onu da bildirim ki, faktiki olaraq Ermənistanda seçkilər bitdi Paşinyan qələbə çaldı və əsirlərin gələcəkdə “hamının hamıya” prinsipi çərçivəsində mübadilə olunmasına heç bir əngəl qalmadı.

Paşinyanın qarşısında duran əsas məsələlərdən biridə xarici siyasət xəttini müəyyənləşdirməkdi. Hər kəsə məlumdur ki, Paşinyan qərbyönümlü şəxsdir, lakin bir tərəfdə də Rusiya faktoru çox böyük önəm kəsb edir. Rusiyadan uzaqlaşan Paşinyan demək olar ki, öz sonunun başlanğıcını reallaşdıra bilər. Nikol Paşinyanda yaxşı bilir ki , Ermənistan hər zaman rəsmi Moskvanın boyunduruğu altında olmuşdur və Rusiya meylli siyasət yürütmədiyi təqdirdə Paşinyan hakimiyyətinə qarşı ciddi təhlükələr yaranacaq, dövlət çevrilişlərinə cəhd halları baş verəcəkdir.

Paşinyan hakimiyyətinə ən real təhlükələrdən biridə “Qarabağ Klanıdır” . Hələ Serj Sərkisyanın prezidentliyi vaxtında hər kəs fikirləşirdi ki, Sərkisyandan sonra hakimiyyətin başına Qarabağ ermənilərinin icma başçısı Bako Saakyan gələcəkdi, lakin realda göründüyü kimi Qarabağ klanı tamamilə hakimiyyətdən uzaqlaşdırıldı , buna baxmayaraq Qarabağ klanının üzvləri boş dayanmayacaq hazırkı hakimiyyətə qarşı bir sıra təxribatlar, mitinqlər həyata keçirəcək və məhz həmin mitinqlərdən ilkinin vaxtı da məlumdur 11 dekabr. Bu mitinq Paşinyanın keçmiş prezident Robert Köçəryanın həbs etdirməsi ilə bağlıdır. Paşinyan seçki qabağı Köçəryanın hər hansısa bir təxribat həyata keçirəcəyindən ehtiyat edərək həbs etdirdiyini düşünürəm.

Sonda onu da vurğulayım ki, Nikol Paşinyan cəmiyyət qarşısında verdiyi vədlərə əməl etməyəcəyi təqdirdə gələn ilin ortalarına özünə qarşı böyük təzyiqlərə və ağır siyasi şəraitə hazır olmalıdır.