vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
PROBLEM  
13:44 | 20 dekabr 2018 | Cümə axşamı Məqaləyə 2837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bumeranq effekti ...

... Yaxud Cəmiyyətə bir “like” dəbi

Sevda TAHİRLİ

Bir ənənə formalaşıb sosial şəbəkələrdə. İstifadəçilər həcmi 2-3 cümləni aşan məlumatları izləməyə “tənbəllik” edir. Maraqlı videoçarxlar izlənilmir. Sadəcə “Like” qoyulur, amma mahiyyətdən xəbər tutulmur. Cəmiyyətə bir “like” “dəbi” gəlib.

Bu yaxınlarda bir video-sorğu yayımlanırdı. müxbir vətəndaşlardan bizim bir müğənni haqqında soruşur.

Sual: - ,,,, tanıyırsınız?

Cavab - Əlbəttə, tanıyıram.

Sual: - Bəs Cəfər Cabbarlı kimdir?

Cavab: - Deyəsən şairdir

Sual: - Şair, yoxsa bəstəkar?

Cavab: Bəstəkardır.

Bu, təəssüfdoğurucu deyil, bu, bizim faciəmizdir. Hələ indi tam hiss etmədiyimiz, amma bir neçə ildən sonra bizi çökdürəcək reallıq.

Adama soruşarlar ki, kanallarda yazarları, bəstəkarları, ölkənin tanınmışlarını təbliğ etdinizmi ki, məlumatlansınlar. Kim təbliğ olunursa, onu da tanıyırlar. Bumeranq effektidir - əlimizdən çıxan sabah özümüzə qayıdacaq.

P.S. Yəqin ki, bu məlumat da oxunmayacaq. Çünki yazının həcmi limiti aşır. Ən yaxşı halda “like” gələcək.

Amma haraya qədər? Bəlkə bumeranqları dayandıraq?