vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
16:06 | 21 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 1535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva ilə Tokio arasında gərginlik

Yaponiya baş naziri atasının məzarı önündə and içdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Yaponiya baş naziri Sindzo Abenin Kuril adaları barədə iddiaları dilə gətirməsi Moskvada tərəflər arasında keçiriləcək danışıqları daha da mürəkkəbləşdirib”. Modern.az xəbər verir ki, bu barədə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov “Rossiya 1” kanalına verdiyi müsahibədə deyib.

“Yaponlar müzakirə prosesini çətinlədirdilər, bu, dəqiqdir”, - deyə Uşakov vurğulayıb.

Qeyd olunur ki, Sindzo Abenin Moskva səfəri yanvarın 22-də baş tutmalıdır. Burada onun Rusiya dövlət başçısı Vladimir Putinlə bir sıra məsələləri, o cümlədən iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.

Yaponiya baş naziri bir neçə dəfə Kuril adaları problemini və Rusiya ilə sülh sazişi məsələsini qaldırıb. O, hətta atasının qəbri üstündə Kuril adaları barəsində Moskva ilə danışıqları nəticələndirməyə and içib və hazırkı ilin sülh haqqında anlaşma üçün kulminasiya xarakteri daşıyacağını söyləyib.

Yaponiya rəhbərliyinin bundan ötrü ada əhalisinin də fikrinin alınması barədə dedikləri Moskvanın xoşuna gəlməyib və ruslar rəsmi Tokionun özünü həddən artıq kobud apardığını qeyd ediblər.

Xatırladaq ki, Rusiya və Yaponiya arasında 70 ildən çoxdur ki, sülh sazişi bağlanmayıb. Yəni formal olaraq onlar hələ də müharibə vəziyyətində sayılırlar. Rəsmi Tokio müqavilənin imzalanmasının əsas şərti olaraq İturup, Kunaşir, Şikotan və Xabomai adalarının onlara verilməsini tələb edir.

Rəsmi Moskva isə adaların İkinci dünya müharibəsindən sonra SSRİ-yə keçdiyini bildirir və Rusiyanın adadakı suverenliyinin şübhə altına alınmayacağını bəyan edir.