vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
19:43 | 24 yanvar 2019 | Cümə axşamı Məqaləyə 1433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarasov “Qarabağ klaninin” vuran əlidir!

Onun fikirlərini tirajlamaq olmaz

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalı politoloq Stanislav Tarasovun “Nikol Paşinyan iyun ayında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayoun azad edəcək” fikrinin tirajlanmasının əleyhinəyəm. Tarasov Gəncədə doğulmasına rəğmən, qatı ermənipərəstdir, Moskvada ermənipərəst “Regnum” agentliyinin baş analitikidir. Tarasov Azərbaycan və azərbaycanlılar əleyhinə tonlarla yazı yazıb, ömrü boyu erməni separatçılarına xidmət edib. Sadəcə, Köçəryan-Sərkisyan cütlüyünə və Rusiyadakı erməni lobbisinə işləyən Tarasovun Paşinyandan xoşu gəlmir.

Tarasov “rayonlar boşaldılacaq” fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır. Tarasov “Qarabağ klanının” vuran əlidir. Ona görə də Tarasov “rayonlar boşaldılacaq” dedikdə Paşinyanın ölkə daxilində mövqelərini zəiflətmək, onu “təslimçi” kimi qələmə verərək “Qarabağ klanının” hücuma keçməsinə şərait yaradır. Yəni Tarasov dezinformasiya yayır. Paşinyanın öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyi və həvəsi yoxdur. Bunu Paşinyana Azərbaycan ordusu məcbur edə bilər. Bu haqda isə Tarasov bir kəlmə də yazmır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)