vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
17:58 | 30 yanvar 2019 | Çərşənbə Məqaləyə 1108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampdan aksiya anonsu

“Bu gün Venesuelada böyük etirazlar gözlənilir”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir”. Bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın sanksiyalarından sonra Maduro (Venesuela prezidenti Nikolas Maduronu nəzərdə tutur-red.) Venesueladakı müxalifətlə görüşmək istədiyini bildirdi. Xuan Quaydo Venesuelanın Konstitusiya Məhkəməsi ilə təhdid edilir. Bu gün (yanvarın 30-da) böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. ABŞ vətəndaşları ikinci əmrə qədər Venesuelaya səyahət etməsinlər”, - deyə D.Tramp vurğulayıb..

Yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo özünün Venesuelanın müvəqqəti prezidenti elan edib. ABŞ prezidenti Donald Tramp onu ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıb.

Bundan başqa Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Qayana, Sent-Lüsi, Qvatemala və Peru Milli Assambeliya sədri də X.Quaydonu tanıdıqlarını və onu tam dəstəklədiklərini bildiriblər.

Bir müddət əvvəl Venesuela prezidenti Nikolas Maduronun kiçik oğlu bildirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətbiq edəcəyi halda Ağ Evi ələ keçirəcək.