vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
18:00 | 1 fevral 2019 | Cümə Məqaləyə 766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əliyev bu il Qarabağı taktiki qaytaracaq”

Rusiyalı politoloq: “Onların maraqları həmişə prioritet təşkil edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

İlham Əliyevin siyasəti sayəsində Azərbaycan ölkənin identikliyinin qüvvətlənməsi və beynəlxalq sistemdə möhkəmlənməsi mərhələsini geridə qoydu. Bundan əlavə, Azərbaycan lideri ilə əldə olunan əsas geosiyasi sabitlik ölkənin beynəlxalq arenada mövqeyinin qeyri-sabit olmasına imkan verməyəcək, Dağlıq Qarabağın qaytarılmasını təmin edəcəkdir.

Bu sözləri rusiyalı politoloq Denis Korkodinov deyib.

Onun sözlərinə görə, İlham Əliyevin dövründə Azərbaycan siyasətinin inkişafında dövlət başçısının müstəsna təşkilati kontekstdə oynadığı müsbət rol tam əminliklə müəyyən edilib.

“Belə bir müəyyənliyin unikallığı onun praktiki olaraq rəsmi Bakının bütün siyasət formalaşdırma xarakteristikalarında özünü göstərməsindədir. 2019-cu il isə Azərbaycana bir tərəfdən Qarabağın nəhayət doğma Azərbaycanın bağrına dönəcəyinə ümidlənməyə, digər tərəfdən isə dünya arenasında öz rolunu gücləndirmək imkanlarını hiss etməyə imkan verir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, ərazi bütövlüyünü bərpa etmək yolunda sarsılmaz istək və beynəlxalq siyasətə özünün geosiyasi təsirini genişləndirmək üçün uzunmüddətli kursu müəyyən etmək müxtəlif skeptikləri əmin edir ki, əgər İlham Əliyev bundan sonra ən azı 10-20 il müddətində hakimiyyətdə qalsa, o zaman Azərbaycan inkişaf səviyyəsinə görə Fars körfəzi ölkələrindən heç də geri qalmayan dünya gücünə çevrilə bilər. Bu cür qənaət 2016-cı ilin Dördgünlük müharibəsinin ortasında, Bakının öz torpaqlarını həmişəlik qaytarmaq məsələsində qərarlılığını təsdiqlədiyi vaxtda özünün zirvəsinə çatdı. Azərbaycan üçün Dördgünlük müharibə zamanı milli təhlükəsizliyi təmin etmək, ərazi bütövlüyünü bərpa etmək və suverenliyi gücləndirmək kimi əsas strateji vəzifələri həll etmək məsələləri nəzərdən keçirildi.

“Bakı bütün tapşırıqların öhdəsindən uğurla gəldi. Bütün bunlarda şəxsən Prezident İlham Əliyevin böyük xidmətləri oldu. Onun sayəsində sadə azərbaycalıların gözlərində Dağlıq Qarabağın tezliklə evə, Xəzərin sahilindəki Odlar Yurduna qayıtması ilə bağlı yalnız qığılcım deyil, sönməz ümid atəşi meydana gəldi. Məhz İlham Əliyevlə Bakının “Azadedici” ölkə kimi inkişaf strategiyasının formalaşdırılmasına başlandı. Bu strategiyanın fundamental cəhətləri bunlardır: Dağlıq Qarabağı nəyin bahasına olursa olsun qaytarmaq qərarı və dünya siyasətinin aktual problemləri ilə bağlı tamamilə müstəqil nöqteyi-nəzərə sahib olmaq. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin artıq 2019-cu ildə həll ediləcəyi ilə bağlı ilkin əlamətlər meydana gələn kimi İlham Əliyevin əsas istiqaməti öz dövlətinin və xalqının təhlükəsizliyini təmin etmək olan geosiyasi planının həyata keçirilməsinə başlandı. Azərbaycanın hazırkı rəhbərinin dövründə xalqla dövlət bütöv hala gəldi və onların maraqları həmişə prioritet təşkil edir”, - Korkodinov bildirib.

O əmindir ki, ilk növbədə əsas yeniliklər İlham Əliyevin dövründə qəbul edilmiş Bakının Dağlıq Qarabağ istiqamətində taleyüklü sıçrayışının köhnə müharibə modelləri ilə uyğun gəlməməsindən ibarətdir.

“Azərbaycan liderinin fərqli bir strategiyası var – Azərbaycanın son 15 ildə İrəvanı beynəlxalq layihələrdə iştirakdan kənarlaşdırmağa və faktiki olaraq xarici dünyadan təcrid etməyə nail olduğu bacarıqlı diplomatiya siyasəti sayəsində İrəvan daha da zəiflədi. Keçmişin regional konfliktlərində, xüsusən kritik gərginlik həddində hərbi güc “kozır kartı” hesab olunurdu. Ümumilikdə götürsək, Azərbaycanın güc potensialının geosiyasi funksiyası öz əhəmiyyətini hazırkı dövrdə də itirməmişdir və görünür, hələ uzun müddət də qoruyub saxlayacaqdır. Ancaq bu funksiyanın diplomatik təzyiq və yumşaq güc metodlarından istifadə istiqamətində epoxal dəyişikliklərə adaptasiyası qaçılmazdır. İlham Əliyev belə bir siyasəti təbliğ etməyi bacardı”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, mövcud və proqnozlaşdırılan xarici və daxili imkanlarla məhdudiyyətlərin ilkin mövqeyindən Azərbaycanın ümumi geosiyasi perspektivləri barədə - fəaliyyətinin perspektivləri və beynəlxalq arenada statusu haqqında təsəvvür əldə etmək mümkündür.

“Yekun nəticədə burada həlledici rol müasir dünya inkişafının əsas tendensiyaları və rəsmi Bakının onlara vaxtında uyğunlaşmaq qabiliyyətinə məxsusdur. Lakin sonrakı iki onillik ərzində beynəlxalq münasibətlərin turbulentliyindən, həmçinin ölkənin daxili vəziyyətindən çox şey asılı olacaq. Ancaq Azərbaycan İlham Əliyev tərəfindən idarə olunduğu müddətdə hər şey çox yaxşı olacaq”, - ekspert bildirib.