vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:55 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tramp bizdən icazə almayıb”

İraq prezidenti: “ABŞ böyük gücdür, amma ...”

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq prezidenti Bəhran Salih bəyan edib ki, ABŞ prezidenti Donald Tramp İraq ərazisindəki amerikalı qoşunların İranı güdməsi üçün rəsmi Bağdadın icazəsini almayıb.

“Reuters” xəbər verir ki, bu barədə Bağdadda forumda çıxış edən Salih ABŞ prezidenti Donald Trampın İraqdakı amerikalı qoşunların “missiyası” ilə bağlı “CBS” telekanalında dediklərinə reaksiya verərkən bildirib.

“ABŞ qoşunları Vaşinqtonla Bağdad arasındakı ikitərəfli razılaşma əsasında sırf terrorizmlə mübarizə kimi konkret missiya üçün İraqdadır və bu missiyadan kənara çıxmamalıdırlar. İraqı öz problemlərinizlə yükləməyin. ABŞ böyük gücdür, amma yalnız öz siyasi maraqlarını güdməməlidir, çünki burada yaşayan bizik. İranla və digər qonşu ölkələrlə yaxşı münasibətlərə sahib olmaq İraqın fundamental marağıdır”, - Bəhran Salih vurğulayıb.

Tramp “CBS” telekanalına müsahibəsində ABŞ-ın İraqdakı hərbi iştirakının Vaşinqtonun İranı yaxından güdməsi və nəzarətdə saxlaması baxımından olduqca vacib olduğunu bildirmişdi.