vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:14 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranlı nazir qan ağlayır

“Türkiyə xaric, Avropadan heç bir ölkə bizdən neft almır”

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın neft naziri Bijan Zəngənə, ABŞ-ın sanksiyaları tətbiq etməsindən sonra Avropa ölkələri arasında İrandan yalnız Türkiyənin neft aldığını bildirib.

İranlı Tələbələrin Xəbər Agentliyinə (ISNA) görə, Zəngənə, “Türkiyə xaricində Avropadan heç bir ölkə İrandan neft almır. Yunanıstan və İtaliya ABŞ sanksiyalarından azad edilmişdi, lakin İrandan neft almırlar. Onlarla bu mövzuda görüşmək istəsək də bizə cavab vermirlər”,- deyib.

İranın İraqa ayda 200 milyon dollar həcmində təbii qaz ixrac etdiyini dilə gətirən Zəngənə,"İranın hazırda İraqdan təbii qaz və elektrik ixracından 2 milyard dollar alacağı olduğunu" bildirib.