vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
12:43 | 9 fevral 2019 | Şənbə Məqaləyə 2081 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uğurlar cənab səfir!

Mişenko bir çoxlarından fərqli olaraq açıq danışır

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan-Ukrayna əməkdaşlığının inkişafında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun rolu danılmazdr. Səfirin fəaliyyətinin ilk illərində münasibətlərimizdə müəyyən gərginliklər yaşandı, ancaq sonra bunları aşdıq və demək olar ki, aramızda dost münasibətlər yarandı. Bu dostluğun təməlində həm də iki ölkənin üzləşdiyi oxşar problemlər və üst-üstə düşən maraqları dayanırdı.

Mişenko nə az, nə çox düz 8 il Azərbaycanda çalışdı. Bundan əvvəl isə ölkəsinin Türkiyə və Avstraliyada səfiri olub. Səfir bir neçə gündən sonra Bakını tərk edir, Ukrayna XİN-nində yeni təyinat alıb. Həm Kiyev, həm də Bakı səfirin fəaliyyətini yüksək qiymətləndirib. Demək, Mişenkonun yeni vəzifəsi daha bir pillə arta bilər. Mişenkonun Ukraynanın müstəqillik günü tədbirlərində Azərbaycan dilində çıxış etməsi Azərbaycan cəmiyyətində müsbət qarşılanırdı. Mişenko bir çox səfirdən fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq söyləyir və işğala son qoyulması vacibliyini bildirirdi.

Aleksandr Mişenko ukraynalıların Azərbaycandakı dağınıq şəkildə fəaliyyət göstərən müxtəlif diaspora təşkilatlarını birləşdirdi və bu təşkilatların Ukrayna və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi üzrə əsas prinsip əsasında yenilərini yaratdı.

Mişenkonun səfir olduğu illərdə Azərbaycanla Ukrayna arasında əlaqələr genişləndi, ticarət mübadiləsi artdı və birgə layihələrin müzakirəsinə başlanıldı. Son illər ərzində Ukraynaya gedən azərbaycanlı turistlərin sayı artdı.

Ukraynanın gələcək prezidentlinin kimliyindən asılı olmayaraq Kiyevin Azərbaycana təyin edəcəyi yeni səfirin də Mişenko qədər fəal olacağını arzulayırıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)