vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
15:34 | 10 fevral 2019 | Bazar Məqaləyə 1794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nə desən gözləmək olar...”

“Rusiya özünü yaralanmış, zəifləyən və rəqibinin üzərinə tullanan ayı kimi aparır”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığının yeni rəhbərinin fikrincə, Amerika Rusiyanın Venesueladakı vəziyyətə hərbi müdaxiləsi ehtimalını istisna etməməlidir.

Vəzifəsinin icrasına başladıqdan sonra verdiyi ilk geniş müsahibədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin admiralı Kreyq Foller bildirib ki, Rusiya özünü “yaralanmış, zəifləyən və rəqibinin üzərinə tullanan ayı” kimi aparır və regionda demokratik maraqların gerçəkləşdirilməsinə mane olur.

“Amerikanın səsi” xəbər verir ki, Follerin fikrincə, söhbət Rusiyadan gedirsə, hər şey mümkündür. “Onların Suriyada nə etdiyini gördük və düşünürəm ki, biz gələcəkdə baş verə biləcək hadisələrə hazır olmalıyıq”.

Cənub komandanlığının rəhbəri qeyd edib ki, hazırda ABŞ Silahlı Qüvvələrinin Venesueladakı əsas vəzifəsi Amerika vətəndaşlarının və mülkiyyətinin təhlükəsizliyinin təmin olunmasıdır.

Ehtiyac yaranacağı təqdirdə Venesuelaya sülhməramlı missiyanın göndərilməsinin mümkünlüyü barədə suala cavab olaraq Foller qeyd edib ki, onlar hələlik ölkədə baş verən prosesləri müşahidə edirlər. “O ki qaldı hakimiyyətin təhvil verilməsi müddətlərinin aşılmasına, bunu siyasətçilər və diplomatlar həll etməlidirlər. İstənilən halda, bizdən xahiş etsələr, dəstək göstərməyə hazır olacağıq”, - komandan bildirib.

Jurnalistin “Venesuelada ABŞ-ın problemi nədən ibarətdir? Onu hərbi yolla həll etmək mümkündürmü?” sualına Kreyq Foller belə cavab verib: “Hesab edirəm ki, yerləşdiyimiz yarımkürəyə daha geniş baxış bucağından baxsaq, burada yerləşən ölkələr bizi əhatə edən ölkələrdir. Ümumi dəyərlərimiz çoxdur: qanuna hörmət, əksər hallarda demokratiya. Dənizimiz, qurumuz, havamız, kibermühitimiz, kosmos ümumidir. Biz ətrafımıza baxanda görürük ki, bəzi ölkələr demokratik deyil. Ən parlaq nümunələr Kuba, Venesuela və Nikaraquadır. Onların ümumi cəhətləri isə bundadır ki, bütün bu ölkələrdə Rusiyanın və müəyyən qədər Çinin nüfuzu güclüdür”.

Suriyada Bəşər Əsədi dəstəklədiyi kimi, Rusiyanın Venesuelada da həmin ssenarini təkrarlamaq perspektivinə fikir bildirərkən Foller bildirib: “Düşünürəm ki, söhbət Rusiyadan gedirsə, hər şey mümkündür. Amerika strategiyasında Rusiya və Çinlə rəqabət ən vacib prioritetlərdəndir. Bu məqsədə çatmaq üçün biz planlaşdırma və hesablamalara çoxlu vaxt və vəsait sərf etmişik. Lakin Çinlə Rusiya arasında böyük fərq var. Çin iqtisadi cəhətdən güclü olan iri dövlətdir və yüksəlişdədir. Onun bütün dünyada xeyli legitim iqtisadi və iş maraqları var. Lakin Çin çox vaxt qaydalar üzrə oynamır. Digər tərəfdən, Rusiya daha çox özünü yaralanmış, zəifləyən və rəqibinin üzərinə tullanan ayı kimi aparır. Mən Rusiyanın nə edəcəyini əvvəlcədən deyə bilmərəm və bununla məşğul olmaq istəmirəm. Biz onların nə etdiyini görmüşük və gələcəkdə baş verə biləcək hadisələrə hazır olmalıyıq”.