vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:25 | 11 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1473 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atom bombasının düsturu

İranlı molladan ilginc açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

Tehran cümə namazının dönəm başqanı, Üləma Məclisinin üzvü axund Əhməd Xatəmi fevralın 9-da Məşhəddə keçirilən bir yas mərasimində çıxış edərək, ölkənin nüvə enerjisinə olan ehtiyacından, atom bombasından və raket proqramından danışıb.

Öz çıxışında nüvə enerjisinin ölkə üçün çox mühüm əhəmiyyətə malik olmasını vurğulayan Xatəmi deyib ki, İran İslam Respublikası nüvə silahı istehsal etmək niyyətində deyil: “Nüvə enerjisinə yiyələnmək, bizim üçün həyati məsələdir. Biz, heç vaxt atom bombası düzəltmək niyyətində olmamışıq. Baxmayaraq ki, bizdə atom bombasının necə hazırlanmasının düsturu var, lakin biz heç bir zaman kütləvi qırğın silahlarına yiyələnmək, onlardan istifadə etmək niyyətində olmamış və deyilik.

Təəssüflər olsun ki, Amerikanın müdaxilələri nəticəsində İranın nüvə gücünün qarşısı qismən də alınıb. İranla Qərb arasında imzalanmış nüvə sazişi də (“Bərcam”) düşünürəm ki, artıq bitib, başa çatıb. Məhz bunları nəzərə alaraq, hesab edirəm ki, indiki vəziyyətdə İranı qoruya biləcək yeganə  qüvvə, onun apardığı raket proqramı və raketlərinin gücüdür”.