vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:35 | 11 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əgər vasitəçi Lavrovdursa…”

Qarabağ yenə dalanda

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bu həftə Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Dünya iqtisadiyyatında Davos forumunun rolu nədirsə, dünya təhlükəsizlik məsələlərinin müzakirəsində Münhen konfransı o qədər əhəmiyyətlidir”. Bu fikri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Almaniyada keçiriləcək təbdirə 500 qonaq dəvət olunub:

“Dünyanın diqqəti 3 gün Münhenə yönələcək. Rusiyanın siyasəti həmişəki kimi əsas müzakirə predmetlərindən biri olacaq. Başqa mövzular da var: Çinin artan imkanları, beynəlxalq terrorzimlə mübarizədə son durum, Transatlantik əməkdaşlığın perspektivi və s.

Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri də yayılıb. Bu görüşdən nəticə gözləməyə dəyməz.

Birincisi, ona görə ki, vasitəçi Rusiya xarici işlər naziri Sergey Lavrovdursa, məsələ aydındır, status-kvonun tərəfdarlarından biri məhz odur. Digər tərəfdən, son günlər müxtəlif mövzularda Azərbaycan XİN-lə Rusiya XİN-nin sözləri çəp gəlir.

İkincisi, Ermənistanın indiki hökuməti Dağlıq Qarabağ danışıqlarında yaxasını “gedin Qarabağ erməniləri ilə razılaşın” sözləri ilə kənara çəkir. Bu yanaşma ilə danışıqlarda uzağa getmək olmaz”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)