vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:22 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda Gürcüstana gedən dəmiryolu bağlandı

Fəhlələr etiraza qalxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Alaverdi rayonundakı misəritmə zavodunun əməkdaşları bu gün Ermənistan-Gürcüstan dəmiryolunu bağlayıblar. Məlumatı “Sputnik Ermənistan” yayıb.

Bildirilib ki, aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsini tələb ediblər.

Onlar Baş nazir Nikol Paşinyan (yaxud bu sahəyə məsul olan Baş nazirin müavini) və "Valleks” şirkətinin rəhbəri Valeri Meclumyanın, həmçinin zavodun keçmiş sahibi, VTB-nin (Ümumrusiya Ticarət Bankı) Yerevandakı filialının nümayəndəsinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsini tələb ediblər.

Məlumata görə, Alaverdi misəritmə zavodu 2018-ci il oktyabrın 19-da fəaliyətini dayandırıb.

“Valleks” və VTB hadisəyə münasibət bildirməyib.