vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
20:24 | 15 fevral 2019 | Cümə Məqaləyə 2471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Traxtur” “İstiqlal”ı “əsir” aldı

100 min nəfərdən çox təbrizlinin doldurduğu Səhənd stadionunda 10 mindən çox azarkeş çöldə qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün yerli vaxtla saat 15:30-da Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını Səhənd stadionunda qəbul edib, oyun 1:0 hesabı ilə meydan sahibinin xeyrinə yekunlaşıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 18-ci həftəsində keçirilən görüşün birinci hissəsində heç bir komanda tərəfindən qol vurulmayıb. Azərbaycan komandasına qələbə qazandıran qol oyunun 53-cü dəqiqəsində Əşkan Dejaqe tərəfindən vurulub.

Qar və yağışlı hava şəraitinə baxmayaraq görüşdə 100 min nəfərdən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Görüşü maraqla izləyən “Traxtur” tərəfdarları oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi milli şüarlar səsləndiriblər.

“Traxtur” tərəfdarları son vaxtlar tez-tez səsləndirdikləri “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirərək qadınların stadionlara buraxılmasını tələb ediblər.

Oyunun reportyoru dəfələrlə “Traxtur” tərəfdarlarının ünvanına təriflər yağdıraraq onların sayının 100 mindən çox olduğunu elan edib. Məlumata görə, stadionda yer qalmadığından minlərlə “Traxtur” tərəfdarı ətrafdakı təpələrdən oyunu izləyib, bir çoxları isə qapı arxasında qalmalı olub.

“Təsnim” xəbər agentliyi stadiona daxil ola bilməyən “Traxtur” tərəfdarlarının 10 min nəfərdən çox olduğunu qeyd edib.