vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
21:44 | 15 fevral 2019 | Cümə Məqaləyə 1226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pompeodan Zərifə sərt cavab

“Avropalılar Zərifdən niyə belə həyasızcasına danışdığının səbəbin soruşsunlar”

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Zərifin “Twitter”də Zahidanda “Sepah”a qarşı baş tutmuş intihar hücumu ilə bağlı yazdıqlarına reaksiya verib. Zərif bu hücumun arxasında dayananların Qərb dövlətləri olduğunu iddia etmişdi.

Pompeo bildirib ki, avropalılar bu həftə Zərif ilə görüşəndə ondan “niyə Zahidanda baş vermiş hücum haqqında belə həyasızcasına sözlər danışmağının səbəbini soruşsunlar”.

ABŞ-ın Dövlət Departamentinin rəhbəri həmçinin bildirib ki, Amerikanın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərinə qarşı baş vermiş hücum ilə heç bir əlaqəsi yoxdur: “Məndə olan məlumata görə, Zərif Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya gəlir. Avropalılar onu görəndə belə həyasızcasına işlətdiyi sözlərin səbəbini soruşsunlar. Bəziləri onun mötədil olduğunu deyirlər, amma kimsə Amerika və İsraili qətl törətməkdə ittiham edirsə, o zaman o, mötədil deyil. Bunlar Zərif və Ruhaninin İslam Respublikasının digər rəhbərləri səviyyəsində inqilab təfəkkürünə sahib olduğunu bir daha nümayiş etdirən əlamətlərdirlər”- deyə Pompeo əlavə edib.

Xatırladaq ki, fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərini aparan avtobusa qarşı həyata keçirilmiş kamikadze hücumunda azı 27 “Sepahçı” öldürülmüş, 13 nəfər isə yaralanmışdı. Bundan qısa müddət sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz şəxsi “Twitter” səhifəsində yazdığı statusla Varşavada Yaxın Şərqdə sülh və təhlükəsizlik adlı konfransın keçirilməsi ilə bu hücumun baş tutmasının eyni gündə olmasını təsadüf saymamışdı və bu hadisəyə görə Qərbi günahlandırmışdı. Hücuma görə məsuliyyəti “Ceyşul ədl” (ədalət ordusu-red.) öz üzərinə götürmüşdü.