vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
09:49 | 16 fevral 2019 | Şənbə Məqaləyə 976 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyəyə xəbərdarlıq

“Reaksiyalar müvəqqətidir, simptomların yüngülləşdirilməsinə yönəlib”

Beynəlxalq kredit reytinqi agentliyi “Standard & Poor's” (“S&P”), Türkiyənin kredit reytinqini və proqnozunu təsdiq edib. Qurum, Türkiyənin xarici valyutada kredit reytinqini "B+" olaraq təsdiq edib (dəyişməyib). Reytinqin proqnozu da "sabit" olaraq saxlanılıb. İqtisadçılar da S&P-də dəyişiklik gözləmirdilər.

“S&P”, 17 Avqust 2018-ci il tarixində, Türkiyənin xarici valyutada kredit reytinqini, “investisiya edilə bilər” səviyyəsindən dörd pillə aşağı olan “B+” səviyyəsinə endirmiş, proqnozun “sabit” olduğunu açıqlamışdı.

Türkiyənin maliyyə və ödənişlər tarazlığı təzyiqlərinə verdiyi reaksiyaların böyük ölçüdə müvəqqəti olduğunu bildirən Agentlik, reaksiyaların əsas iqtisadi zəiflikləri həll etməkdən daha çox simptomların yüngülləşdirilməsinə yönəlmiş olduğunu qeyd edib.

Bununla yanaşı, aşağı dövlət borcuna işarə edən kredit reytinqi agentliyi, maliyyə tərəfdə hərəkət sahəsi olduğunu bildirib.

“S&P”, sərt maliyyə şərtləri və yüksək inflyasiyaya işarə edərək Türkiyə iqtisadiyyatının 2019-da 0.5 faiz azalacağını gözləyir.

Agentliyin açıqlamasında iqtisadiyyata olan etibarı artıracaq, cari kəsiri azaldıb inflyasiyanı nəzarət altına alacaq şəffaf iqtisadi proqramının həyata keçirilməsi vəziyyətində Türkiyənin reytinqinin qaldırılacağı qeyd edilib.

“S&P”, banklara dair sistematik riskin Türkiyənin maliyyə mövqeyini zəiflədəcək şəkildə artması halında ölkə reytinqinin daha da aşağı salınacağını bildirib.

Bundan başqa, Agentlik, iqtisadi geriləmənin qurum proqnozundan aşağı olması halında  reytinqin endirilməsinin mümkün olduğunu qeyd edib.