vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
22:37 | 16 fevral 2019 | Şənbə Məqaləyə 1499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sərhədi keçə bilərik”

İran komandanı Pakistanı təhdid etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri fevralı 13-ü axşam saatlarında Sistan və Bəlucistan əyalətində “Sepah”ın sərhəd qüvvələrinə qarşı baş tutmuş kamikadze hücumuna görə Pakistanı təhdid edib.

O bildirib ki, “əgər Pakistan terroristlərlə mübarizədə öz öhdəliklərinə əmək etməsə, İran region və qeyri-region ölkələrinin xüsusi xidmət orqanları tərəfindən təşkilatlandırılmış muzdluları cəzalandıracaq”.

Məhəmmədəli Cəfəridən öncə də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, “dini lider” Əli Xameneyi, prezident Həsən Ruhani və digər yüksək rəsmilər baş vermiş hadisəyə münasibət bildirərkən region ölkələrinin, eləcə də Amerika və İsrailin xüsusi xidmət orqanlarını bu hücuma görə ittiham etmişdilər.

Məhəmmədəli Cəfəri çıxışı zamanı Pakistanı silahlılara “sığınacaq verməkdə” günahlandırıb və bildirib ki, “Əgər Pakistan İran sərhədinə təhdid olan bu terroristlərlə tam ciddiyyətlə mübarizə aparmasa, İran beynəlxalq hüquq və prinsiplərə əsasən, qonşu ölkə ərazisində özünə qarşı mövcud olan təhdidlərlə mübarizə haqqından istifadə edəcək”.

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində “Sepah” üzvlərini daşıyan avtobusa qarşı baş tutmuş intihar hücumunda azı 27 “Sepahçı” ölmüş, 13 nəfər isə yaralanmışdı. Hadisədən bir müddət sonra “Ceyşul ədl” (Ədalət ordusu – red.) hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.

Hücumdan qısa müddət sonra İranın xarici işlər naziri Məhəmmədcavad Zərif öz şəxsi “Twitter” səhifəsində Qərbi və Amerikanı bu hadisəni törədən silahlıları dəstəkləməkdə ittiham etmişdi. Zərifin ittihamlarına cavab verən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo onun bu ittihamlarını “həyasızcasına deyilmiş sözlər” adlandırmışdı.