vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AKTUAL  
22:51 | 16 fevral 2019 | Şənbə Məqaləyə 1005 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bəzi hiyləgərliklər var”

Aleksandr Xramçixin: “Müharibə çoxlarının düşündüyündən də yaxındır”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın “Nezavisimaya qazeta” jurnalı Qarabağ münaqişəsi mövzusu ilə bağlı “Dağlıq Qarabağ Zaqafqaziyanın barıt çəlləyi” başlıqlı geniş məqalə nəşr edib.

Məqalənin müəllifi siyasi və hərbi təhlil institutunun direktor müavini Aleksandr Xramçixindir.

Məqalədə beynəlxalq hüququn müasir normaları baxımından sərhədlərin toxunulmazlığı (Azərbaycan lehinə) və xalqların öz müqəddəratını təyin etmək hüququ (Ermənistanın lehinə) arasında tipik bir klassik və həll olunmaz ziddiyyət olduğunu vurğulayan müəllif münaqişənin xronologiyasını ətraflı izah edir. 

“Səmimi desək, Qarabağ münaqişəsində bəzi hiyləgərliklər var. SSRİ-nin dağılması sərhədlərin toxnulmazlığı prinsipini tamamilə pozub və eyni zamanda xalqların öz müqəddəratını təyin etmək hüququnu həyata keçirir. Bu halda keçmiş Sovet İttifaqının sərhədlərinin niyə toxunulmaz hesab edilməsi anlaşılmazdır. Üstəlik Sovet İttifaqının kommunist hakimiyyəti həmin sərhədləri son dərəcə özbaşına müəyyən etmişdi”, - deyə Xramçixin qeyd edir.

Müəllifin fikrincə, SSRİ-nin dağılması nəticəsində ittifaq ölkələri Sovet İttifaqının tərkibindən çıxmaq üzrə mübahisəsiz hüquqa malik idilər. Müstəqil muxtar respublikalar və rayonlar ittifaqın tərkibindən çıxmaq hüququndan məhrum edilmişdilər. 

Eyni zamanda Xramçixin vurğulayır ki, rəsmi məlumatlara əsasən, Bakının maddi və mənəvi itkiləri Ermənistana nisbətən daha çox olub. Məqalənin müəllifi sonda qeyd edib ki, iki dövlət və xalq arasında qarşılıqlı nifrət mühiti qorunub saxlanılır və münaqişənin həlli ilə bağlı onların mövqeyinin birinin digərindən fərqlənməsi hallarını istisna edir. 

“Dağlıq Qarabağ rejimi hələlik tanınmayıb, lakin demək olar ki, tamamilə Ermənistana inteqrasiya olunub. Yaranmış status-kvo birdəfəlik ermənilər üçün qəbulolunandır. Lakin birmənalı şəkildə neft gəlirləri hesabına hərbi gücünü artıran Azərbaycan üçün qəbuledilməzdir. Gec və ya tez Qarabağ uğrunda müharibənin bərpa olunacağı demək olar ki, şübhə etməyə yer qoymur. Bunun qabaqlayıcı proqnozunu vermək isə olduqca çətindir. Bununla yanaşı vəziyyətin gərginləşməsində niyyət məlumdur. Ehtimal olunan müharibənin çoxlarının düşündüyündən daha da yaxındır”, - deyə məqalə müəllifi fikirlərinə son verib.