“Bir bu qalmışdı”
Tacik rəsmi: “Qadınlar liderlə rəqabət aparmamalı, ona minnətdar olmalıdırlar”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məscidin qarşısında hücum
Tacikistanın din xadimi bıçaqlanıb
-
Etirazçıların polislə toqquşması ...
Tacikistandakı iğtişaşlarda 21 nəfər öldürülüb, 25 yaralı var
-
Tacikistanda iğtişaşlar
DBMV-də etirazlar zamanı bir nəfər həlak olub
-
Türkmənbaşı TIR yoluna tir qoydu
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
-
İŞİD Mərkəzi Asiyada?!
Rusiya və Çinin müştərək narahatçılığı - Tacikistan
-
Mərkəzi Asiya dövlətləri sammitə hazırlaşır
Nursultan Nazarbayev region dövlətlərinin prezidentlərini bir araya gətirmək niyyətindədir
-
Prezident vertolyotunun küləyi...
... aeroportun rəisini öldürdü
-
Tacikistanda toy qadağaları
150 nəfərdən çox qonaq dəvət etmək olmaz...
-
«Hicabı çıxarmağa razıyam, əgər...»
Ölkə qadınlarının 90 faizdən çoxu etiraf edib ki...
-
Saqqaldan sonra hicab
Tacikistanda hicab və dekolteyə qarşı «müharibə»
-
3 santimetri keçməməlidir
Tacikistanda imam-xətiblərin saqqalını ölçəcəklər
-
Həbsxanada üsyan qalxdı
Rusiyada məhbus azərbaycanlılar tələblərini irəli sürdülər
-
Emomali Rahmon İran ayətullahlarına rəhm etmədi
Tacikistanda dini fanatizmi, mövhumat və xurafatı təbliğ risalələrinin çapına, satışına və yayımına qadağa qoyuldu
-
Qərb tacik müxalifətini Rahmona qarşı birləşdirir
Mərkəzi Asiyanın ən qeyri-sabit ölkəsində yeni təhlükə yarana bilər
-
Bataqlıqda batan səhrada qovrulandan dəstək istəyir
... Və ya öz xalqına qarşı rəhimsiz adam kənarda rəhman axtarır
-
«Heç kimin hünəri çatmaz sənə təzyiq etsin…»
Prezidentdən paytaxt meri olan oğluna 5 bəndlik məsləhət
Tacikistanda Qadın Məsələləri üzrə komitənin sədri Məhbubə Əzimova qadınların prezident seçkilərində iştirak etməlidirmi sualına “Bir bu qalmışdı” deyə cavab verib.
“Biz xalq tərəfindən seçilmiş və prezidentliyə ən layiq olan millətin liderinə qarşımı çıxmalıyıq? Tacik qadınlar dövlət başçısı Emomali Rahmona cəmiyyətdə qadınların rolunu artırdığına görə ürəkdən minnətdar olmalıdırlar”, o deyib.
2020-ci ilin payızında Tacikistanda president seçkiləri keçiriləcək.
2013-cü il Tacikistan prezidenti seçkilərində ilk dəfə olaraq qadın namizəd iştirak edib. Lakin tanınmış hüquq müdafiəçisi Oynihol Bobonazarova qeydiyyat üçün tərəfdarlarının lazımi sayda imzasını toplaya bilməyib.
Bobonazarova Azimovanın sözlərini hətta Rahmon üçün də təhqiredici hesab edib.
“Tacikistan Konstitusiyası millətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara ölkə başçısı vəzifəsinə namizəd olmaq imkanı verir. Zənnimcə, xanım məmurun bəyanatları ölkənin əsas qanunun qarantı olan prezident üçün də təhqiramizdir”, o deyib.
Tacikistan prezidenti Rahmona Millətin Lideri titulu verildikdən sonra ölkədə qanunlar dəyişilib. Millətin lideri artıq sonsuza qədər prezidentliyə namizədliyini irəli sürə bilər - ölkənin digər vətəndaşları isə yalnız iki dəfə.
Emomali Rahmon 1992-ci ildən Tacikistana dəyişilməz olaraq başçılıq edir. O, dörd dəfə ard-arda president seçkilərində iştirak edib.