“Erməni iqtisadi möcüzəsi”
Bu fantastların da yuxusuna girmir...
Hüseynbala SƏLİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
İnqilab, ümumiyyətlə, folk-siyasət təmsilçiləri üçün populist bəyanatlar nəinki nadir hadisə deyil, əksinə, adi bir haldır. Bu mənada Ermənistanın yeni baş naziri də istisna deyil.
Yadımıza gəlir ki, inqilabdan elə dərhal sonra, baş nazir olan kimi, Nikol Paşinyan elan etdi ki, iqtisadiyyatda da inqilab edəcək və bu məqsədlə ölkəyə erməni əsilli amerikalı (həm də Türkiyədə doğulub böyümüş) iqtisadçı Daron Əcəmoğlunu dəvət edəcək.
Etiraf etmək lazımdır ki, o, da N.Paşinyanın təklifinə dərhal reaksiya verdi, amma eyni zamanda da mədəni şəkildə yaxasını qırağa çəkərək bildirdi ki, hələ təsəvvür edə bilmir ki, özünün “əzabkeş ölkə”sinə necə kömək edə bilər...
Ədalət naminə deyək ki, Əcəmoğlu hazırda ABŞ-ın ən yaxşı iqtisadçılarından biri hesab edilir. Amma daha diqqətəlayiq fakt isə budur ki, cənab D.Əcəmoğlu “Niyə bəzi ölkələr varlı, digərləri kasıbdır” adlı iqtisadi bestsellerin müəllifidir.
Bəli, heç də ritorik sual deyil. Onun üzərində düşünməyə dəyər, o cümlədən də cənab Paşinyana: doğrudan da, niyə görə Ermənistan indi Cənubi Qafqazın ən geri və kasıb ölkəsidir? Yəqin iqtisadçı Əcəmoğlu bu geriliyin səbəbini təsəvvür edir - əlbəttə, o, özünün “tarixi vətən”inin apardığı regional siyasətin kursundadırsa. Amma Paşinyan özü bunları yüzə-yüz bilir, çünki birinci il deyil ki, Ermənistanda yaşayır...
Amma çox təəssüf ki, o, hələ də hesab edir ki, ölkəsini ağır sosial-iqtisadi vəziyyətdən çıxarmaq üçün hansısa dolayı yollar var, halbuki hamıya çox yaxşı məlumdur ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymadan bu, hətta nəzəri cəhətdən belə mümkün deyil.
İnqilabın ilk aylarında o, eyforik vəziyyətdə idi, ümid edir və hətta gözləyirdi ki, inqilaba görə mütləq bonuslar, mükafatlar olacaq, amma dərhal aydın oldu ki, bunlar xam xəyallardır və ölkələrini böhrandan çıxarmaq üçün ermənilər S.Sarqsyanı devirməkdən savayı da nələrisə etməlidirlər: daha doğrusu isə, region dövlətləri ilə normal münasibətlər qurmalı və bölgənin iqtisadi bazarına inteqrasiya olunmalıdırlar.
Amma onlar bunu etmədilər və hal-hazırda da ölkələrinin iqtisadi coğrafiyasına hansısa ciddi korrektələr etməyi düşünmürlər. Əksinə, hiss olunur ki, Paşinyan bu fikirdədir ki, Ermənistan üçün də, elə onun özünün şəxsi siyasi personası üçün də ən düzgün çıxış yolu Rusiya ilə əvvəlki sıx münasibətlərin saxlanılması və İrəvanın Moskvanın çətiri altında qalmaqda davam etməsidir - ən azı inqilabçı baş nazirin ən son bəyanatları, xüsusən də ki, Suriyaya yüz nəfərlik hərbi və tibbi personal göndərmək haqqındakı qərar belə deməyə əsas verir.
Qeyd edək ki, qərar dərhal ABŞ-ın siyasi dairələrində böyük narazılıq yaratdı və amerikalı siyasətçilər birmənalı şəkildə bildirdilər ki, Rusiya ilə Suriya məsələsində əməkdaşlıq etmək nəinki Vaşinqtonun Ermənistanla bağlı gözləntilərinə cavab vermir, hətta ən adi humanizm prinsipləri ilə də ziddiyyət təşkil edir, çünki Moskva Suriya məsələsində həmişə Əsəd rejimini müdafiə edibdi və indi də etməkdədir, baxmayaraq ki, bu adam yüz minlərlə günahsız suriyalının ölümündə təqsirlidir...
Düşünürük ki, Paşinyanın bu qərarı hələ “kristallaşmağa” macal tapmamış Amerika-erməni münasibətlərinə ciddi təsir edəcək. Bir çox siyasi təhlil adamları və politoloqlar bu məsələdə, xüsusən də Paşinyan cənablarının qarşıdakı İran səfərində Vaşinqtonun diqqətini Ermənistanda baş verən son “dəyişiklik”lərə yönəltmək cəhdlərini görür, çünki erməni lobbisinin böyük səylərinə baxmayaraq D.Tramp N.Paşinyanı yüksək qəbulla şərəfləndirmək istəmədi, hətta dövlət katibi belə onu qəbul etmək istəmədi.
Biz bu ehtimalı tamam istisna etmirik, amma yenə də düşünürük ki, çətin ki, bu yolla ABŞ siyasətinin istiqamətini dəyişmək mümkün olsun, - axı ötən ilin dekabrında başqa bir adam yox, məhz Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Bolton ölkəsinin Cənubi Qafqaz regionu, eləcə də Ermənistanla bağlı siyasətinin əsas konturlarını Paşinyana çatdırmışdı.
Görünür, bu, İrəvanın “siyasi isteblişmenti”ni qane etmir, fəqət, başqa məsləhət də yoxdur: özlərindən küssünlər...
Üstəlik, cənab Paşinyanın özünü hansı cəhənnəmə soxduğunu da görmək üçün heç də dahi olmaq lazım deyil: adam özü vaxtilə əvvəlki Sarqsyan rejimini Rusiya ilə çox sıx yaxınlıq etdiyinə, Moskvanın “meqa - layihə”lərinə, xüsusən də Avrasiya İqtisadi Birliyinə əsassız ümidlər bağladığına görə daim tənqid edirdi.
Artıq onun öz növbəsi çatıb: bu adam millətinə hansısa alternativlər təklif edə biləcəkmi? Təəssüf. Ona görə ki, o, insanlara həqiqəti demək və onları kardinal siyasi dəyişikliklərin zəruriliyinə inandırmaq əvəzinə indi də hansısa “iqtisadi möcüzə”dən danışır və özü də çox gözəl bilir ki, hətta fantastların belə yuxusuna girmir bu...