vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
20:14 | 19 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 865 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarabağın taleyi ...”

Təcavüzkarın nazıyla oynayırıq

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son aylarda Azərbaycan və Ermənistan dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində görüşlərin intensivləşməsi və sonuncu Paris görüşündə “xalqları sülhə hazırlamaq” haqda birgə bəyanatların verilməsi münaqişənin sülh yolu ilə həllində böyük ümid yaratmışdı.

Ancaq Paris görüşündən sonra həm baş nazir Paşinyanın, həm də qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanın açıqlamaları xalqları sülhə hazırlamaq deyil, onları döyüşə səsləməyə yönəlib. Paşinyanın “Biz sülhü torpaqlara dəyişməyəcəyik” açıqlaması və Saakyanın Cəbrayılda yeni yaşayış binalarının açılışında iştirak edib vətəndaşlar qarşısında odlu-alovlu “qəhrəmanlıq” nitqi söyləməsi Azərbaycan tərəfdən “reaksiyasız” qaldı.

Azərbaycan xalqı üçün tale yüklü məsələ olan, 30 ildir həlli üçün çalışdığımız və Azərbaycan Respublikasının xarici siyasətində bir nömrəli vəzifə olan Qarabağ probleminin həlli Paşinyanların, Lavrovların, Saakyanların ümidina buraxıla bilməz. Təəssüf ki, hazırda konkret olaraq “təcavüzkarın nazıyla oynayırıq”.

Bu arada “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistana getməsi, burada Qarabağ məsələsiylə bağlı ictimai rəyi öyrənməsi və bir sıra siyasətçi və keçmiş hərbçilərdən müsahibələr alması Ermənistandakı abu-havanı daha yaxşı təhlil etməmizə kömək oldu. Sözügedən müsahibələri və erməni rəhbərliyinin yürütdüyü siyasəti analiz etdiyimiz zaman bir daha görürük ki, Ermənistana hazırki status-kvo sərf edir və onlar qətiyyən vəziyyəti dəyişmək istəmirlər.

Görünür, Ermənistan ümumiyyətlə nə sülh, nə də müharibə istəyir. Ermənistan üçün Dağlıq Qarabağ probleminin həllində 25 illik durğunluq seçilmiş ən uğurlu strategiyadır. Ermənistan heç də acından ölmür, iqtisadi blokada da deyil və Azərbaycanla əməkdaşlığa ehtiyac duymur. Rusiya, İran və Gürcüstanla iqtisadi əməkdaşlıq davam edir. Ən önəmlisi isə Ermənistan “məxməri inqilab”dan sonra sözün həqiqi mənasında Avropanın “xoşuna gəlir”. Avropa parlamentində Azərbaycanın bu qədər geniş tənqid edilməsi və əleyhimizə tez-tez qətnamələr qəbul edilməsi də bununla bağlıdır.

Paşinyan Rusiya və İranın dəstəyinə, Avropadan yönləndiriləcək investisiyalara və erməni lobbisinin yardımlarına arxayındır. Ona görə də, artıq onu iqtisadiyyat çox da narahat etmir. Qarabağ məsələsindəki sərt mövqeyi Qarabağ klanının daimi dəstəkçiləri olan ən radikal Qarabağ separatçılarında belə ona qarşı simpatiya yaradıb.

Burada ən maraqlı məsələ isə Paşinyanın Dağlıq Qarabağ probleminin həllində sərgilədiyi sərt mövqe və yürütdüyü dezkonstruktiv siyasətə qarşı hələ də konkret bir addımın atılmamasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və heç də bunu inkar etmir. Buna rəğmən, işğalçı Ermənistan sərt, Azərbaycansa problemin diplomatik həllinə istiqamətlənən mülayim siyasət yürüdür.

Qarabağ döyüşlərinin iştirakçısı, keçmiş kəşfiyyatçı Vova Vartanov “Turan” a verdiyi müsahibədə qeyd edir ki, “Qubadlı, Cəbrayıl, Füzuli Kür çayının vadisidir, onları güzəştə getsək sizə böyük zirehli texnika, piyada, artilleriya qüvvələri ilə manevr etmək imkanı vermək, Qarabağı cinahdan mühasirəyə almaq imkanı vermək deməkdir. Füzulini ələ keçirsəniz, elə bir yerə çatacaqsınız ki, ən bəsit güllələrlə Qarabağı atəşə tuta bilərsiniz, Ağdam da eynilə, buraları sizə yenidən qaytarmaq intihardır”.

Bu açıqlama əsl reallıqdır. Ermənistan rəhbərliyi də bunu gözəl dərk edir və onların işi sadəcə böyük dostlarının yardımıyla bizim başımızı qatmaq və status-kvonu qorumaqdır. Ancaq Azərbaycan buna imkan verə bilməz. Biz dərhal ordunu hərəkətə gətirməli və yenidən hərbi əməliyyatlara başlamalıyıq. Erməni tərəfinə layiqli cavab verilməli və onu hərbi yolla sülhə məcbur etməliyik. Qarabağın taleyi artıq siyasətçilərin sözlərində deyil, əsgərimizin mərmisindərir. Geriyə yol yoxdur, ya Qarabağ, ya ölüm...