vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
14:44 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda qıtlıq başladı

Ölkədə dərman çatışmır

MÖVZU İLƏ ƏLAQƏLİ

İran son aylar ərzində dərman çatışmazlığı problemi ilə üzləşib. Məsələ ilə bağlı yerli media orqanları ilə danışan İran Dərman İstehsalçıları Birliyinin sədri Məhəmmədrza Dorri bildirib ki, apteklər yalnız 2-3 aylıq dərman tədarük görə bilirlər. Onun sözlərinə görə, ölkədə inflyasiyanın kəskin yüksək olması, iqtisadi çətinliklər və bu kimi digər səbəblər üzündən, bəzi dərmanların idxalında problemlər yaranıb.

Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları İranın dərman və tibbi ləvazimatlar sektorlarına qarşı sanksiyalar qəbul etməyib, lakin hazırda ölkədə dərman çatışmazlığı və yüksək qiymətlər bu sahədə əsas problemlərdən biridir. İran rəsmiləri bildirir ki, dərman qaçaqmalçılığı bu problemin əsas səbəbidir. İran Qida və Dərman Təşkilatının verdiyi rəsmi məlumatlarda ölkədə dərman qiymətlərinin 9 faizdən 20 faizə qədər qalxdığı bildirilir.

Ölkədə dərman çatışmazlığına rəğmən, İran bu il “Ərbəin” mərasimində İraqa 200 tondan çox dərman və tibbi ləvazimat göndərib.