vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
19:20 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz “bağlı qapıları” döyməyəcəyik”

Putin: “Rusiyanın ABŞ kimi qlobal bir ölkə ilə qarşıdurmaya marağı yoxdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti ABŞ-ın Avropa və digər regionlarda yeni raketlər yerləşdirməsinə effektiv cavab veriləcəyi ilə hədələyib. Vladimir Putin deyib ki, Vaşinqton orta və qısamənzilli raket sazişindən çıxdıqdan sonra müzakirələrə hazır deyilsə, biz “bağlı qapıları” döyməyəcəyik.

Prezident illik çıxışını Rusiya ilə ABŞ arasında gərgin münasibətlər fonunda edib. ABŞ Rusiyanı aqressiv xarici siyasət yürütməkdə ittiham edir.

“Beynəlxalq vəziyyətin əlavə gərginliyə ehtiyacı yoxdur. Amerikalı həmkarlarımız qlobal hərbi üstünlük əldə etməyə çalışır. Bu xülyaları kənara qoymaq lazımdır. Biz effektiv cavabı tapmağa qadirik” - deyə, Putin əlavə edib.

Vladimir Putin fevralın 20-də ölkənin vəziyyətinə dair illik çıxışında deyib ki, Rusiya “Sarmat” və “Peresvet” raketlərinin sınağına başlayıb. “Kinjal” raket sistemi isə artıq hərbi növbətçilikdədir.

Rusiya prezidenti Amerikanın sazişin müddəalarına məhəl qoymasa da, Moskvanın orta və qısamənzilli raketləri Avropada yerləşdirmək niyyətində olmadığını vurğulayıb.

“Əgər onlar bu kimi raketləri yerləşdirsə ki, ABŞ-ın belə bir planı var, bu, bizim üçün ciddi bir hədə olacaq və vəziyyət kəskin şəkildə dəyişəcək. Bu halda biz simmetrik və ayna əksli ölçülər götürməli olacayıq”, Putin təhdid edib.

Putin Rusiyanın ABŞ kimi qlobal bir ölkə ilə qarşıdurmaya marağı olmadığını deyib. Prezident Moskvanın silahsızlaşma müzakirələrinə hazır olduğunu da vurğulayıb.

Putin deyib ki, Rusiya Birləşmiş Ştatlara təhdid deyil, onunla “hərtərəfli, bərabər və dostyana” münasibətlər qurmaq istəyir.

Putin Birləşmiş Ştatların Rusiyanın “qanuni maraqları”nı gözardı etməkdə, iqtisadi sanksiyalar daxil olmaqla, “anti-Rusiya fəaliyyəti”nin təşkilində günahlandırıb.