Amerikalı diplomatdan 4 bəndlik Qarabağ mesaji...
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
“Minsk Qrupu fəaliyyətini davam etdirə bilməz”
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
-
“Lavrov planı Bakıda da, İrəvanda da rədd edilib”
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın “Amerikanın Səsi”nə son müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri yenilik olmasa da, işin içində olan diplomatın dili ilə deyilənlər bu günə qədər vurğulanların təsdiqidir.
Birincisi, Riçard Hoqland həmsədr işlədiyi dövrdə bu qənaətə gəlib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, çünki münaqişə həll olunarsa, Moskva regionda təsir rıçaqlarını itirəcək. Bunu illərdir deyirik. Hətta amerikalı diplomat Vaşinqtonun düşməni İranın münaqişənin həllində maraqlı olduğunu deyərkən, Rusiya haqqında eyni sözləri deyə bilmir.
İkincisi, Riçard Hoqland neçə illik müşahidələrindən bu qənaətə gəlib ki, danışıqlar prosesi münaqişənin həllini yaxınlaşdırmır. Bunu o şəxs deyir ki, bir neçə il tərəflər arasında gizli danışıqların iştirakçısı olub. Amerikalı diplomat son ayların yeganə müsbət nəticəsi kimi atəşkəsin pozulması hallarının azalmasını göstərib. Bu isə əslində nəticə deyil, çünki hər an vəziyyət dəyişə bilər.
Üçüncüsü, Riçard Hoqland danışıqların düyün nöqtəsi kimi referendumu göstərir. Madrid planında bölgə üçün “müvəqqəti status” bəndi var. Yəni bu bəndə görə bölgənin təhlükəsizliyinə təminat verilir, özünüidarəetmə davam edir, işğal altındakı rayonlar boşaldılır, azərbaycanlı köçkünlər geri dönürlər və bunların qarşılığında separatçıların idarəetməsinə toxunulmur. Rəsmi Bakı “müvəqqəti status” ideyasını və qeyri-müəyyən müddətdən sonra referendumun (referenduma çıxarılan sualların qoyuluşu ayrıca müzakirə predmetidir) keçirilməsini mümkün hesab edərkən, rəsmi İrəvan “müvəqqəti statusa” və Dağlıq Qarabağa aid olmayan rayonların boşaldılmasına razı olsa da, referendumun dəqiq tarixinin sazişdə göstərilməsini tələb edir. Məhz buna görə də razılaşma əldə etmək mümkün deyil. Çünki, biz dəqiq tarixə razılaşa bilmərik.
Dördüncüsü, müsahibədə diqqəti çəkən məqamlardan biri də budur ki, Riçard Hoqland Ermənistanın baş naziri Nikol Paşinyanın adını bir neçə dəfə çəksə də, Azərbaycan prezidenti İlham Əliyevi xatırlamayıb. Bu da ondan irəli gəlir ki, Riçard Hoqland da o fikri qəbul edir ki, münaqişənin həllində ilk addımı məhz Nikol Paşinyan atmalıdır. Yəni birinci növbədə “mərhələli həll” planı işə düşməlidir. Ancaq Riçard Hoqland onu da etiraf edir ki, Paşinyan hakimiyyətini qorumaq üçün Qarabağ münaqişəsinin həlli ilə bağlı riskə getmək istəmir. Başqa sözlə biz Paşinyandan münaqişənin həllini gözləməməliyik.
Beləliklə, Riçard Hoqland müsahibəsindəki fikirlərlə danışıqlar prosesinin yerində saydığını göstərmiş oldu. Tam əminəm ki, indiki həmsədrlər işlərindən ayrıldıqdan sonra Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər. Əslində keçmiş həmsədrlər nəticəsiz danışıqların mahiyyətini açıqlamaqla Azərbaycanın işğalçıya təzyiqini artırmasından başqa yolunun qalmadığını etiraf etmiş olurlar. Danışıqlarda irəliləyiş yoxdursa ayrı nə qalır ki?