vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
23:04 | 25 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1093 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan İrana gedir

Bakıda “Qarabağ Azərbaycanındır” deyən Tehranlı rəsmilər, bu ifadəni erməni baş nazirinə eşitdirəcəklərmi?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İrana səfərə gedəcək. Bu Paşinyanın baş nazir kürsüsündə İrana ilk rəsmi səfəri olacaq. Paşinyan bu səfərə çoxdan hazırlaşırdı. Ermənistanın baş naziri qonşu İranla əməkdaşlığa xüsusi əhəmiyyət verir.

İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirib ki, 1991-c ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz ötən il qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedir. Rəqəm böyük deyil, ancaq faktın özü maraqlıdır ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstəricidir. İran Ermənistana daha çox satır, nəinki alır.

Nikol Paşinyan hansı məsələləri müzakirə etmək üçün Tehrana gedir?

Paşinyanın əsas məqsədi İranla indiki iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmaqdır. Sadəcə, İran bu gün elə vəziyyətdə deyil ki, Ermənistanla hansısa regional layihəni maliyyələşdirməyə maraqlı olsun. Buna baxmayaraq, Paşinyanın Tehranda nələr danışacağını və nələr eşidəcəyini diqqətlə izləməliyik. İran Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycandan 500 milyon dollar kredit gözləyərkən, Ermənistanla birgə layihəyə hansısa kredit ayırarsa, bu Tehranın Azərbaycana qarşı xoş olmayan mesajı olacaq.

Aydındır ki, Paşinyan Moskvaya etdiyi səfərlərdən fərqli olaraq Tehranda Qarabağ münaqişəsinin həllini müzakirə etməyəcək. Bu heç Tehrana lazım da deyil. Halbuki, Bakıya gələn iranlı rəsmilər və generallar bir ağızdan “Qarabağ Azərbaycanındır” deyirlərsə, bunu gərək erməni rəsmilərə də deyələr. İranın Qarabağ məsələsindən məsafə saxlaması İrəvanı illərdir razı salır və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər.

O da faktdır ki, İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti Qumda dini lider Əli Xamaneyi ilə də görüşmək istəyir. Bir neçəsinə belə görüş qismət olub. Dini liderlə görüş ermənilərə piar baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyyətcə azərbaycanlı dini liderlə görüşüb şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayılır.

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)