vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
21:30 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 1617 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran həqiqətləri

Tehranda xəsətxanalarında çatışmayan ambulans, 2 dəfədən çox bahalaşma və 34 min boşalmış kənd

MÖVZU İLƏ ƏLAQƏLİ

İran daxilində qiymətlərin artımından başqa, bir çox sahələrdə kəskin çatışmazlıqlar mövcuddur. Bu sahələrdə biri də təcili tibbi yardım xidmətidir.

Tehran şəhər Təcili Tibbi Yardım Briqadasının rəhbəri Peyman Saberiyan bildirib ki, ölkə bu sahədə heç bir beynəlxalq standartlara cavab vermir.

Onun sözlərinə görə, Tehrana gündəlik girib- çıxan insanları nəzərə alsaq, şəhərin əhalisinin sayı təqribən 14 milyon nəfərdir. Beynəlxalq standartlara əsasən, hər 20 min nəfərin payına bir təcili tibbi yardım maşını düşməlidir. Bunu görə də Tehran şəhərində azı 500 ambulans maşını olmalıdır, hansı ki, bu rəqəm 230-dur. Mövcud maşınların çoxu isə köhnəlib, onlar ya əsaslı şəkildə təmir, ya da yenisi ilə əvəz edilməlidirlər.

Peyman Saberi Tehranda tibbi yardım helikopterlərinin və motorsikletlərinin sayının da əksik olduğunu deyib. Əhalinin sayına görə, helikopterlərin sayı 14 olmalı olsa da, 2, motorsikletlərin sayı isə 400-500 arası olmalı olsa da, 250-dir.

 

* * *

 

İranda yanvar- fevral ayı ərzində mənzillərin 1 kvadrat metrinin qiyməti orta hesabla 9 milyon 950 min tümən təşkil edib. Bu isə 2018-ci ilin oxşar dövrü ilə müqayisədə 85.1 faiz artım deməkdir.

Qiymətlərin artması ilə alıcılıq qabiliyyəti də aşağı düşüb. Ötən bir il ərzində satılan evlərin nisbətində 49.2 faiz azalma müşahidə olunub.

 

* * *

 

Rəsmi statistikalarda yalnız 24 adda ərzaq məhsullarının qiymətində artımların müşahidə olunması ilə bağlı məlumatlar əldə etmək mümkündür. Artımlar bütün ərzaq məhsullarını əhatə etsə də, İran Statistika Komitəsinin yaydığı cədvəldə yalnız 24 məhsulun qiymətindəki bahalaşma qeyd edilib.

Statistikaya əsasən, yanvar-fevral aylarında ötən ilin oxşar dövrü ilə nisbətdə tomat 231.6 faiz, sarı alma 121 faiz, pomidor 128.9 faiz, banan 103.1 faiz, qoyun əti isə 97.8 faiz artıb. Bunlar yalnız bəzi məhsullarda olan qiymət artımlarımı əhatə edir.

 

* * *

 

Son 60 il ərzində su çatışmazlığı və ağır iqtisadi şərait səbəbindən İranın təqribən 104 min kəndindən 34 mininin əhalisi öz yurdlarından köçüb. Bu 34 min kənddə hazırda bir ailə belə yaşamır. Bu kəndlərin sakinləri daha əlverişli həyat şəraitləri üçün digər vilayətlərə köçüblər.

İran daxilində təkcə 2007- 2012-ci illər ərzində 5 milyon nəfər öz yaşayış yerindən birdəfəlik digər yerə köçüb. Bu isə əhalinin 7 faizini təşkil edir.

Bütün bu ağır iqtisadi şəraitlərə və qiymət artımlarına baxmayaraq, İran Milli Məclisi 1398-ci ildə əmək haqlarının qaldırılması ilə bağlı təklifləri rədd edib.