vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
12:51 | 13 mart 2019 | Çərşənbə Məqaləyə 2066 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sıfıra endirmək istəyirik”

ABŞ-ın İran sanksiyalarındakı istisna müddəti sona yaxınlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir. Bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib. “Biz tamamilə İranın neft ixracını sıfıra endirmək niyyətindəyik”, - o deyib.

Qeyd edək ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bəyan etdiyi kimi, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub. Eyni zamanda rəsmi Vaşinqton Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə üçün neft sanksiyalarından müvəqqəti istisnalar təqdim edib. Bu ölkələrə 180 günlük güzəşt edilib.