“Ciddi fikir ayrılıqları var”
Rusiyalı ekspert Ermənistanla Qarabağ erməniləri arasındakı gərginlikdən danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
Vaşinqton Bakıya əlini, İrəvana dirsəyini uzadır
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
-
Biz nə etməliyik?
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
-
15-dən sonra daha 35 dollar
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
-
“Hər şey ola bilər...”
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
-
Vaşinqton görüşü niyə yubanır?
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
-
Paşinyan özünü necə ifşa etdi?..
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
-
“Faktiki olaraq yoxdur”
“Paşinyan danışıqları dalana dirədi ...”
-
“Rusiya müharibəyə qatılmayacaq”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
-
“Ermənistan üçün böyük fəlakət olacaq”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
-
“Danışıq dili Madrid prinsipləridir”
Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması planı
-
“Ərazi mübadiləsi” gündəmə qayıdır?
“Unudulmuş köhnə” təzə qismində; Paşinyan dönəmində də danışıqlar iflas olarsa...
-
Danışıqlar üçün hansı platformanı götürək?
“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir!” bəyanatları bezdirib
-
“Ermənistana yol çəkilməsi faciədir”
Saakaşvili: “Bu İvanişvilinin təslim olmasıdır”
-
Avazı yaxşı gəlir...
Paşinyanın ordunu müasirləşdirmə layihəsi
Martın 29-da Vyanada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Ermənistan mediası xəbər verir ki, MDB Ölkələri İnstitutunun direktoru Vladimir Yevseyev Əliyev-Paşinyan görüşü ilə bağlı öz fikirlərini açıqlayıb.
Onun fikrincə, tərəflərin mövqeyi bir-birindən fərqli olduğu üçün irəliləyiş gözləmək lazım gəlmir. Digər tərəfdən, politoloq Ermənistanla Dağlıq Qarabağ erməniləri arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirib:
“Ağır texnikanın təmas xəttindən çıxarılması həyata keçirilmir. İrəvanla Xankəndi arasında da anlaşılmazlıq var. Xankəndinin danışıqlar masasında oturması Bakının sərt mövqeyinə görə mümkün olmayacaq. Digər tərəfdən, bu addım Dağlıq Qarabağın müdafiəsinin Xankəndinin üzərinə qoyulması demək olardı. Azərbaycanla Türkiyənin Naxçıvandakı aktiv fəaliyyətini nəzərə aldıqda, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışmaq lazım gəlmir”.
Yevseyevin fikrincə, Ermənistanda və Dağlıq Qarabağdakı istənilən qeyri-stabil vəziyyət hərbi əməliyyatların bərpa olunmasına səbəb olacaq.