vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
16:18 | 15 may 2019 | Çərşənbə Məqaləyə 540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Rusiya ilə uzlaşır?

Dünyanın gözlədiyi görüş baş tutdu

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ xarici işlər naziri Mayk Pampeo ötən gün Moskvaya rəsmi səfər Rusiya prezidenti Vladimr Putinlə görüşüb. Qeyd edək ki, bu görüş 2 gün əvvəl təxirə salınmışdı, lakin görünür, Pompeo öz uçuş qrafikini Moskvaya uyğunlaşdıra bilib. Bu həmçinin Moskva görüşünün nə qədər vacib olduğunu da gözlər önünə sərir.

Pompeo səfərinin əsas hədəfi Putinin son siyasi proseslərdən sonra nəbzini ölçmək və bir neçə məsələdə razılaşmalar əldə etmək idi. Ancaq Pompeonun ABŞ-ın İrana, Türkiyə və Çinə təzyiqlər həyata keçirdiyi, Venesuela və Əfqanıstanda birbaşa olaraq rus maraqlarına zidd siyasət yürütdüyü bir zamanda Rusiyaya səfər etməsi beynəlxalq aləmdə təəccüblə qarşılandı.

Maraqlıdır ki, Pompeo ilə Putinin görüşü ilə bir neçə ay bundan əvvəl ABŞ prezidentinin müşaviri Boltonun görüşündən çox məqamlarına görə fərqləndi. Bolton görüşü daha sərt, qarşılıqlı ittihamlar müstəvisində keçmişdi və ABŞ nümayəndəsi heç də Putini dilə tutmaq üçün yox, Putinə ABŞ-la uzlaşmasa yeni problemlərlə üzləşə biləcəyini deməyə gəlmişdi. Amma Pompeonun səfərini tamamilə sülhə və əməkdaşlığa atılan yeni bir addım idi.

Rusiya lideri bildirib ki, ABŞ Prezidenti Donald Trampla bu yaxınlarda baş tutmuş söhbətdən sonra onda belə bir qənaət hasil olub ki, Ağ Ev rəhbəri iki ölkə arasında münasibətlərin bərpa olunmasında israrlıdır.

Putin ilk növbədə müzakirə olunmalı məsələlər arasında iqtisadi əlaqələri qeyd edib. O bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi çox aşağıdır, son zamanlar isə sıfıra yaxınlaşır.

Öz növbəsində Mayk Pompeo Rusiya və ABŞ-ın üzərində birgə işləyə biləcəyi məsələlərin az olmadığını deyib.

“Bizim ortaq maraqlarımız və əməkdaşlıq edə biləcəyimiz məsələlər var. Biz xalqlarımızın daha yaxşı yaşaması və dünyanın ümumilikdə inkişafı üçün birgə çalışa bilərik. Ona görə də ABŞ prezidenti məndən bu məlumatı çatdırmağı və müəyyən ideyalar və layihələr barədə danışmağı xahiş etdi”, - Pompeo bildirib.

Bu açıqlamalar bizə onu deməyə əsas verir ki, ABŞ Rusiya ilə gərginliyi azaltmaq, hətta onu öz tərəfinə çəkmək üçün səy göstərir. Bunun səbəbi isə aydındır. ABŞ tarix boyu heç vaxt 2 böyük rəqiblə eyni zamanda qarşı-qarşıya gəlməyib. Hər zaman onunla münaqişədə olan tərəfləri qarşı-qarşıya gətirib. Bu ABŞ diplomatiyasının bir əsrdən çoxdur ki, davam edən və kifayət qədər də uğurlu hesab edilən bir siyasi ənənədir. Nəzərə almaq lazımdır ki, ABŞ Çinlə yeni ticarət savaşına başlayır. Tramp yenidən gömrük vergilərini artırmaq barədə qərar qəbul edib. Eyni zamanda Rusiyanın müttəfiqi İrana qarşı sanksiyaları genişləndirmək haqqında qərar imzalayıb. Və artıq ABŞ İranı sadəcə sanksiyalarla deyil, eyni zamanda hərbi müdaxiləylə də hədələməyə başlayıb. Belə bir zamanda ABŞ Rusiya ilə uzun zamandır davam edən “nisbi soyuq müharibə”ni dayandırmağa çalışır. Putin isə iqtisadi əməkdaşlıq olmadan, sanksiyaların kölgəsində ABŞ-Rusiya münasibətləri təsəvvür etmədiyini açıq şəkildə bəyan edir. Bu baxımdan görünür, ABŞ Rusiya ilə əməkdaşlığa razıdır. Yetər ki, Çin, Şimali Koreya və İran siyasətində ABŞ-a mane olmasın.

Rəqiblərini bir-bir sıradan çıxarmağı düşünən ABŞ bir müddət daha qlobal hegemonluğunu Rusiya ilə bölüşəcək. Amma bu müddət ərzində İran, Şimali Koreya və əsas da Çin problemini həll etməyə çalışacaq. Və qeyd etmək lazımdır ki, ABŞ-ın yuxarıda qeyd edilən siyasətinin uğurlu olması üçün Rusiya ilə uzlaşmağa məcburdur. Çünki indiki situasiyada Rusiyanı, İran kimi dünyadan təcrid edə bilməyəcək. Ən azından Rusiya silah və enerji ixracatına görə dünyanın bir çox ölkələrinin, eyni zamanda ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyə və Avropa ölkələrinin əsas əməkdaşlıq etdiyi ölkədir. ABŞ bu əməkdaşlığı əngəlləməyə çalışdıqca Türkiyə və Almaniya örnəyində göründüyü kimi yeni siyasi problemlərlə qarşılaşır. Yeni problemlərsə ABŞ-ı daha çox hədəfindən uzaqlaşdırır. Ona görə də ABŞ Yaxın Orta Şərq, Körfəz və Şimali və Şərqi Afrika regionunda möhkəmlənmək və hədəflərini reallaşdırmaq üçün hələ bir müddət ABŞ-la uzlaşmalı olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *