vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
19:32 | 28 may 2019 | Çərşənbə axşamı Məqaləyə 1999 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Milli maraqlarımıza ziddir”

Gürcüstan patriarxı üçüncü qüvvələri Azərbaycanla Gürcüstan arasında problemlərin alovlandırılmasında ittiham etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Gürcüstan və Azərbaycan hakimiyyətlərini sərhədin indiyə qədər razılaşdırılmamış hissələri ilə bağlı məsələni ölkələr arasında dostluq əlaqələrinin qorunub saxlanılması yolu ilə həll etməyə çağırıb. Bu barədə məlumat Gürcüstan Patriarxatının rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Keşikçidağ ətrafında vəziyyət kəskinləşib. Gürcüstanda müəyyən siyasi dairələr Keşikçidağ monastırı ərazisində Azərbaycanla Gürcüstanın dövlət sərhədlərinin müəyyənləşdirilməsi məsələsini gündəmə gətirməyə başladılar. Halbuki, son 25 il ərzində dövlət sərhədinin bu hissəsində xüsusi azad rejim fəaliyyət göstərirdi və monastır ərazisində həm Azərbaycan, həm də Gürcüstan vətəndaşları sərbəst hərəkət edə bilirdilər.

Mayın 23-24-ü tarixlərində Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr aparılıb. Dövlət komissiyalarının 12-ci birgə iclası Bakıda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsaliyanın rəhbərliyi ilə keçirilib.

“David Qareci (Keşikçidağ – red.) ətrafında baş verən son hadisələri analiz edərkən təəssürat yaranır ki, hansısa digər qüvvə kilsə mövzusundan çıxış edərək Azərbaycanla Gürcüstan arasında ciddi problemin yaranmasını istəyir və təəssüf ki, öz istəyinə nail olmaq üçün bu və digər ölkədə özünə dayaqlar tapır. Lakin belə asanlıqla təxribatlara uymaq olmaz”, - II İliyanın bəyanatında deyilir. Onun sözlərinə görə, problemin həlli üçün bir çox resurslar mövcuddur.

“Dövlətlər arasında danışıqların getdiyi, kilsənin hələ məsələnin baxılmasına başlamadığı, Azərbaycanla əlaqələr üçün bir çox imkanların olduğu, məsələnin beynəlxalq təşkilatlar və dost ölkələrin köməyi ilə ədalətli həlli mümkün olduğu bir vaxtda bu imkanların qulaqardına vurulması, kəskin bəyanatlar və hərəkətlər məhz bizim milli maraqlarımıza ziddir”, bəyanatda deyilir.

Gürcü pravoslav kilsəsi hesab edir ki. gərginlik ocağının yaranması Azərbaycan üçün də yolverilməz olmalıdır. “Bu problemin narahat etdiyi hər kəsə müraciət edirik: sakitliyi qoruyub saxlamaq vacibdir. Daha çox düşüncəli və vətəndaş məsuliyyəti ilə yanaşmaq gərəkdir”, - bildirən II İliya Azərbaycan və Gürcüstan hakimiyyətlərini intensiv danışıqlar aparmağa, həqiqəti üzə çıxarmağa və ölkələr arasında dostluq əlaqələrini qoruyub, daha da dərinləşdirməyə çağırıb.

Öz tərəfindən patriarx qeyd edib ki, Gürcüstan kilsəsi bu prosesdə fəal iştirak etməyə hazırdır.