vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
22:27 | 3 iyun 2019 | Bazar ertəsi Məqaləyə 1500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Korrupsiya ilə mübarizə adı altında dağıntı

“Aprel müharibəsi ilə bağlı araşdırma ordunu sarsıdacaq...”

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ili aprel müharibəsi ilə bağlı parlament istintaq komissiyasının yaradılması Ermənistan silahlı qüvvələri üçün olduqca təhlükəlidir.

Belə açıqlama ilə Ermənistanın ilk müdafiə naziri, prezident yanında İctimai şuranın sədri Vazgen Manukyan çıxış edib.

Mayın 20-də baş nazir Nikol Paşinyan aprel müharibəsi zamanı baş verənlərin araşdırılması üçün komissiya qurulmasının vaxtının çatdığını bildirib. Ermənistan parlamenti bir neçə gün əvvəl belə komissiyanı artıq formalaşdırıb, bu işi müdafiə və təhlükəsizlik daimi Komissiyasına həvalə edib.

“Mən bu komissiyanın yaradılmasını təhlükəli və zərərli sayıram. Komissiyanın yaradılması olduqca təhlükəli nəticələrə səbəb ola bilər ki, mən hətta bu haqda indi danışmağa da çəkinirəm”-Manukyan bildirib.

O əlavə edib ki, deputatların komissiya çərçivəsində ordunun işlərinə qeyri-məhdud  qarışması yolverilməzdir. Çünki bu silahlı qüvvələrin müdafiə imkanlarını sarsıda bilər.

“Milli məclis ordunun işlərinə qarışmalı deyil... Hər şeyi korrupsiya ilə mübarizə adı altında dağıtmaq olmaz”, - Manukyan bildirib.

Xatırladaq ki, aprel döyüşləri Ermənistan ordusunda təchizat, komandanlıq, hərbi hissələr arasında əlaqə və digər sahələrdə ciddi problemləri ortaya çıxarıb. Bu faktlara görə Müdafiə Nazirliyinin ovaxtkı rəhbərliyinə daxil olan şəxslərin demək olar ki, hamısı vəzifələrini itiriblər.