vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
23:50 | 12 iyun 2019 | Çərşənbə Məqaləyə 1551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qondarma rejimə zərbə üstünə zərbə

Fransa Dağlıq Qarabağ separatçıları ilə əlaqələri tamamilə kəsir

Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Martuni (Xocavənd-red.) bölgəsi arasındakı "Dostluq Bəyannaməsi”ni ləğv edəndən sonra Grenobl inzibati məhkəməsi də oxşar qərar verib.

Fransız dilində çıxan Nouvelles Armenie nəşrinə istinadən verdiyi məlumata görə, Grenobl inzibati məhkəməsi Dağlıq Qarabağdakı işğalçı kukla rejimi nümayəndələrinin Fransada kommunalarla imzaladığı daha dörd "dostluq nizamnaməsi"ni ləğv edib.

Daha əvvəl yazdığımız kimi, Arnuvil şəhərinin meri rəsmi səlahiyyət həddini aşmaqda və mərkəzləşdirilmiş əməkdaşlığı tənzimləyən qanunları  pozmaqda təqsirli bilinib.

Qrenobl inzibati məhkəməsi tərəfindən göstərilən arqumentlər, demək olar ki, eynidir: belə xartiyalar Fransanın xarici siyasətinə ziddir və heç bir gücə malik deyil.