vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
20:40 | 12 iyun 2019 | Çərşənbə Məqaləyə 1219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“ABŞ-la münasibətlər ən pis həddə çatıb”

Rusiya XİN “soyuq müharibə” dövrünə şükür edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə ABŞ arasındakı münasibətlər “soyuq müharibə” dövründəkindən daha pis həddə çatıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, hazırda Moskva ilə Vaşinqtonun münasibətləri tarixdə qeydə alınan ən aşağı səviyyədədir.

S.Ryabkovun sözlərinə görə, “soyuq müharibə” dövründə qarşı duran tərəflər bir-birinin addımlarını, münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdıra bilirdi, indi isə qarşılıqlı addımları proqnozlaşdırmaq mümkün deyil.

Rusiyalı diplomat bildirib ki, münasibətləri yaxşılaşdırmaq üçün etimadın möhkəmləndirilməsi ilə bağlı addımlar, məsələn, qarşılıqlı olaraq diplomatların ölkədən çıxarılmasının dayandırılması kömək edə bilər.