vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:09 | 13 iyun 2019 | Cümə axşamı Məqaləyə 1479 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya qazını alanlar...”

Trampdan açıq təhdid

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini növbəti dəfə Rusiya qazından imtina etməyə və Amerikanın durulaşdırılmış qazını almağa çağırıb.

“RİA-Novosti” agentliyi xəbər verir ki, Ağ Evin başçısı həmçinin, “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı sanksiyaların tətbiqi imkanını şərh edib.

Prezidentin sözlərinə görə, Amerika hakimiyyəti layihənin iştirakçıları barəsində məhdudlaşdırıcı ölçülərin tətbiqi imkanına baxır. Dövlət başçısının fikrincə, ABŞ layihənin bloklamaq cəhdlərinə təşəbbüs edərək Almaniyanı Rusiyadan müdafiə edir. Tramp qeyd edib ki, Moskva Berlindən milyardlarıalır.

“Amma bizdə ən yaxşı alternativ - durulaşdırılmış qazın böyük ehtiyatları var. Düşünürəm ki, bu, real çıxışdır”, - o, Polşa lideri Andcey Duda ilə mətbuat konfransının gedişatında deyib.

O vurğulayıb ki, Avropada çoxları Amerikadan durulaşdırılmış təbii qazı almaq istəyərdi. Trampın sözlərinə görə, Almaniya Rusiyadan “mavi yanacaq” əldə etməklə özünü asılı vəziyyətə salır.