vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
13:27 | 13 iyun 2019 | Cümə axşamı Məqaləyə 1573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqton-Ankara arasındakı gərilim

ABŞ Türkiyəni Rusiyaya sarı itələyən əsas səbəbə məhəl qoymur

Əli Hüseyn BAKİR, Al Arab (Qətər)

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Türkiyənin Rusiya “S-400” zenit-raket komplekslərinin alqısı ətrafında dartışmanın gedişində “F-35” qırıcılarında uçuş üçün yeni türk pilotlarının hazırlığı proqramını dayandırmaq qərarı alıb. Vaşinqton artıq iyulun sonuna qədər Ankaraya möhlət verib ki, Rusiya “S-400”lərindən imtina haqda qərar qəbul etsin, bununla da türk pilotlarına təhsili başa çatdırmağa vaxt verib.

Ankara Rusiyanın “S-400” komplekslərini alarsa, ABŞ habelə Тürkiyə ilə birgə “F-35” qırıcılarının istehsalı proqramını dayandırmaq hədəsi gəlib.

ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Türkiyənin müdafiə naziri Hulusi Akara rəsmi məktubda qeyd edib ki, Ankara Rusiyanın “S-400” sistemini əldə etməkdən hələ də imtina edə bilər. Moskva Amerika-Türkiyə böhranından qıraqda qalmayıb və “S-400” zenit-raket sistemlərinin iki aydan sonra Türkiyəyə tədarükünün başlanacağı  haqda bəyanatı ilə tonqala benzin atıb. Rusiyanın bəyanatına əsasən, göstərilən müddət iyulun sonuna düşür. Qeyd edilməlidir ki, 100-ə yaxın türk hərbçisi “S-400”lərlə işləmək üçün Rusiyada təlimi davam etdirir.

İndiki ağır durumda Türkiyənin variantları elə də çox deyil. NATO üzrə müttəfiqlər arasında meydana çıxmış gərginliyə görə ABŞ-ın məsuliyyət daşıdığına baxmayaraq, Amerika rəsmiləri Türkiyəni Rusiyaya sarı itələyən əsas səbəbə məhəl qoymurlar. ABŞ Suriya böhranı vaxtı Türkiyənin maraqlarına və milli təhlükəsizliyinə dəfələrlə sayğısızlıq sərgiləyib ki, bu da Ankara tərəfdən inamın itməyinə gətirib.

Ankara 2015-in sonunda Rusiya qırıcısını vurarkən Moskva sərt sanksiyalarla cavab verib: Türkiyəyə düşmənlə mübarizədə nə Vaşinqton, nə də NATO lazımınca əl tutub. Ankara öz müttəfiqlərinin hərəkətləri üzündən dilxor olub. Vaşinqton Moskva ilə mümkün hərbi qarşıdurmadan yayınmaq üçün Türkiyəni bölgədə Rusiya və müttəfiqləri üçün dişbatan durumda buraxaraq “Patriot” raket batareyalarını Türkiyə torpağından çıxarmağa üstünlük verib. Yaranmış şəraitdə Türkiyənin ancaq bir variantı var idi – Rusiyadan qaynaqlanan təhlükəni neytrallaşdırmaq üçün ona yaxınlaşmaq. Rusiya “S-400”ləri üzrə sövdələşmə Rusiyanın son bir neçə ildə həyata keçirdiyi açıq siyasət fonunda gedir.

Vaşinqton Ankaraya uzaqmənzilli raketə qarşı müdafiə sistemlərinin yoxluğu şəraitində ona öz ərazisini qorumaq üçün heç bir təklif etməyib. Bundan başqa, Türkiyə Rusiyanın “S-400” raket-zenit sistemlərini əldə etməyə israr edərsə, ABŞ onu  sanksiyalarla hədələyir və Türkiyəni “F-35” proqramından çıxdaş etmək üçün fəal iş görür. Çox ehtimal ki, Vaşinqton baş verənləri adi Türkiyə-Rusiya manevri sayıb. O, hesab edib ki, Moskva öz öhdəlikərini yerinə yetirməyəcək, amma yanıldığını anlayanda Türkiyəyə basqı göstərməyə çalışıb.

Türkiyə indiki anda pis vəziyyətdədir. O, Vaşinqton tərəfindən alternativ təklif olmasa, sazişi ləğv edə bilməz, habelə sazişi  gerçəkləşdirən zaman ABŞ Türkiyəyə qarşı, doğrudan da, ciddi sanksiyalar qoyarsa, onu yaxalayacaq nəticələrə qarşı dura bilməyəcək. İstənilən halda, böhran Türkiyə-Amerika münasibətləri çərçivəsindən qırağa çıxır!