vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
17:33 | 14 iyun 2019 | Cümə Məqaləyə 1867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin taleyi …

“OPEC müqaviləsi uzanarsa, …”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın neft şirkəti “Qazprom” rəhbərlərindən Aleksandr Dyukov, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması müqaviləsinin uzadılmasının neft qiymətlərini 55- 65 dollar səviyyəsində sabitləşdirəcəyini bildirib.

Dyukov “Rossiya 24”ə verdiyi müsahibəsində, bu ay başa çatacaq OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında müqaviləyə dair prosesləri qiymətləndirib.

Müqaviləyə tərəf ölkələr arasında danışıqların davam etdiyinə işarə edən Dykov, “Tərəflər böyük ehtimalla yeni bir razılaşmaya gələcək və ya hər bir halda mövcud müqavilə davam etdiriləcək”, - deyib.

Müzakirələrin hasilatın həcminə dair vurğulayan Dykov, “Hasilat bir qədər də artırıla və ya azaldıla bilər, ancaq məncə bunun artıq əhəmiyyəti yoxdur. Müqavilənin uzadılması neft qiymətlərini 55- 65 dollar səviyyəsində saxlayacaq”, - deyib.