vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
01:56 | 15 iyun 2019 | Şənbə Məqaləyə 1641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya İranı ittiham etdi

Tankerlərə SEPAH hücum edib?

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Oman körfəzində tankerlərə hücum etməkdə günahlandırıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə iddia Britaniya xarici siyasət idarəsinin (XİN) cümə günü axşam yaydığı bəyanatda yer alıb.

“Britaniya öz araşdırmasından sonra demək olar ki, müəyyən ehtimalla İran silahlı qüvvələri strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun iyunun 13-də iki tankerə hücum etdiyi qənaətinə gəlib. Dövlət tərəfindən dəstəklənməyən başqa heç kim buna görə məsuliyyət daşıya bilməz”, - deyə XİN-in bəyanatında bildirilir.

İdarə iddia edir ki, İran bundan əvvəl də neft tankerlərinə hücum edib.

Xatırladaq ki, daha öncə ABŞ İranı tankerlərə hücumda ittiham etmişdi.