vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
23:58 | 16 iyun 2019 | Bazar Məqaləyə 1529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Paşinyanın arxasında təxribatçı dura bilər”

Rus ekspert: “İndi bütün “tuzlar” Bakının əlindədir, amma Bakı onları...”

Kamal ALİ

Cəbhə xəttində ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü artır. İyunun 12-də Azərbaycan mətbuatında Azərbaycan ərazisinin minomyotlarla atəşə tutulmasına dair qeydlər yayılıb. Bir qədər əvvəl Ermənistan Müdafiə Naziri Tonoyan Azərbaycan əsgərini öldürən xüsusi təyinatlıları nümayişkəranə şəkildə təltif etdi. İyunun 13-də isə ölkəmizin Müdafiə Nazirliyi mövqelərimiz üzərindən uçan Azərbaycan hərbi təyyarələrinə raket hücumu olunması ilə bağlı video göstərdi. Ermənistana məxsus OSA zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlamışdı. Həmin gün axşam ermənilər Qarabağda erməni əsgərinin öldüyü barədə məlumat verdilər.

Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rus ekspert, “Avrasiya İdeyaları Emalatxanası” adlı elmi araşdırmaların dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qriqoriy Trofimçuk “Eurasia Diary”nin suallarını cavablandırıb. O hesab edir ki, Azərbaycanın təcavüzkara qarşı “döyüşmək”dən savayı, ixtiyarında qeyri-hərbi təzyiq alətləri də qalıb.

 

- Sadalanan hadisələrdən də görünür ki, Qarabağda gərginlik OSA zenit-raket kompleksindən istifadə olunması ilə daha da artıb. Baş verən bu hadisələrin müharibəyə gətirib çıxaracaq addım olduğunu düşündünüzmü, yoxsa hədəfə dəyməyən 2 raketin buraxılması ermənilərin xəbərdarlığıdır?

- Pаşinyan hakimiyyətə gələndən açıq-aydın Azərbaycan tərəfi müharibəyə cəlb edilir. Bakı əvvəlki kimi danışıqlara hazırdır və həm xarici işlər nazirləri səviyyəsində müntəzəm görüşlər şəklində, həm də İlham Əliyevin Vyanada Nikol Paşinyanla ilk rəsmi görüşü ilə bunu əməli olaraq da göstərir. Axı Paşinyanın necə hakimiyyətə gəldiyini nəzərə alsaq, Azərbaycan bunu etməyə də bilərdi. Görünür, Ermənistanın baş naziri özü lap əvvəldən ölkəsinin daxili sosial-iqtisadi vəzifələrinə zərbə vursa belə, fəaliyyətinin əsas istiqaməti kimi Qarabağı seçib. O, Azərbaycanın qarşısında uzun sürən beynəlxalq danışıqlar prosesinin formatını məhv edən demək olar ki, qəbuledilməz sayılan bir sıra şərtlər ortaya qoydu. Paşinyanın elə təkcə dediyi "Mən ərazini sülhə dəyişmirəm" formulu kifayətdir. Hələ bura Ermənistan-Azərbaycan danışıqlar masasındakı müzakirələrə qondarma "Dağlıq Qarabağ" rejiminin nümayəndələrinin daxil edilməsi tələbi və s. də daxildir.

Beləliklə, əgər real vəziyyəti qiymətləndirəsi olsaq, belə nəticəyə gəlmək olar ki, Azərbaycana qarşı planlı şəkildə təxribat həyata keçirirlər. Azərbaycanı açıq şəkildə müharibəyə təşviq edirlər. Eyni zamanda, kənardan Nikol Paşinyanın arxasında durub ona bu cür və belə bir sxem əsasında hərəkət etməyi təklif edən birinin olmadığına dair heç bir zəmanət yoxdur.

Hər halda, müşahidəçilər, Qərbin İrana təzyiqi artırdığına görə, regional sabitliyə zərbə vuran bəlli bir istiqamət görürlər. ATƏT-in Minsk Qrupunun müşahidəçilərinin nə etdikləri aydın deyil. 2016-cı ilin yazında Vyana və Sankt-Peterburqda keçirilən zirvə görüşlərindən bu günə qədər həmin vaxt birinci olaraq kimin atəş açdığına dair suala cavab verilməyib. Buna görə də, Qarabağdakı təmas xəttində baş verənlər yeni müharibənin başlanğıcıdır, xüsusilə də, Azərbaycan 2016-cı ilin aprelindən başlayaraq üç il ərzində yenə aldadıldığını və heç kimin torpaqları ​​geri qaytarmayacağını anlayır.

İndi heç kimi ilk hücum edən və ya kimin atəş açdığı, kimin cavab verdiyi maraqlandırmır; Beynəlxalq müşahidəçilər isə görünür, dəyirmi masada bu sonsuz cavab zərbələrindən gizlənirlər. Və əgər rəsmi qiymətləndirmə yoxdursa, gec-tez vəziyyət yenidən nəzarətdən çıxacaq.

“Erməni xəbərdarlığı” haqqında danışarkən, nəzərə almaq lazımdır ki, xəbərdarlıq və sözdə təhdidlər varsa deməli, əsl müharibə hələ başlamayıb. Müharibə tərəflər öz hərəkətlərini şifrələdikdə başlayır. Ancaq hələ ki, onlarla və yüzlərlə ölümə səbəb olmayan yüngül nümayişkarənə zərbələrlə dəstəklənən söz davası gedir.

 

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycanın hüquqi əsasları nədən ibarətdir?

- Kənardan müşahidəçi kimi, mən bu sualı sadə və obrazlı şəkildə cavablandırıram: Qarabağın 30 min il əvvəl kimə məxsus olduğunun əhəmiyyəti yoxdur; vacib olanı onun indi kimə aid olduğudur və bununla bağlı nə etmək olar? Həm Ermənistan, həm də Azərbaycan bu ərazinin tarixi mənsubiyyətinə görə əsaslandırmalarını gətirirlər, amma bu sübutlar ermənilərin və azərbaycanlıların özləri istisna olmaqla, heç kimə təsir göstərmir. İki hüquqşünasın olduğu yerdə - müharibə var. İki tarixçinin olduğu yerdə də müharibə var. Razılaşmaq lazımdır ki, Sovet İttifaqı dağılıbsa, onun bütün tərkib hissələri, bütün mərtəbələri də dağılır. "Göydələn" bütünlüklə, tamamilə uçur və onu ardıcıl şəkildə yığmaq mümkün olmur. Bu bir həqiqətdir. Hüquqi sahədə heç kim heç kimə nəyisə sübuta yetirə bilməz. Buna görə də, əgər belə bir vəziyyətdə kimsə bütün gücünü və imkanlarını diqqətlə ölçərək mübarizə aparmaq istəyirsə bu onun öz işidir.

 

- Rəsmi Bakı bu vəziyyətdə nə etməlidir?

- Bakı bu vəziyyətdə əvvəl də qeyd etdiyim kimi, münaqişənin sülh yolu ilə həllini nümayiş etdirərək maksimum dərəcədə mümkün olanı edir. Bundan başqa, bütün beynəlxalq normalara görə, Qarabağ torpağı ona qaytarılmalıdır. Ancaq indiki vəziyyətdə, Azərbaycan Nikol Paşinyanın danışıqlar prosesinin əsas prinsiplərini açıq şəkildə pozması ilə bağlı hərbi olmayan alətlərdən istifadə edə bilər.

İndi bütün "tuzlar" Bakının əlindədir. O hər yerdə və hər kəsə müraciət edə bilər. Amma Bakı onları istifadə etmir və bu qəribə taktikanı anlamıram. Axı bu güzəştli dövr, Azərbaycan üçün, əbədi davam edə bilməz, onu yenidən müharibə aparmağa məcbur edəcəklər.

 

- Rəsmi Моskvanın mövqeyini necə qiymətləndirirsiniz?

- Moskvanın mövqeyi dəyişməzdir: münaqişənin sülh yolu ilə, siyasi vasitələrlə, diplomatik və danışıqlar yolu ilə həll edilməsi. Yeri gəlmişkən, unutmamalıyıq ki, Moskva və Rusiya prezidenti Vladimir Putin sayəsində 2016-cı ilin "aprel" müharibəsi dayandırılmışdı. Ancaq artıq üç il keçib. Əsas problemlərdən biri də mənə elə gəlir ki, Yerevanda Serj Sarkisyanın yerinə birdən-birə (vurğulayıram: birdən-birə), Nikol Paşinyanın keçməsi və KTMT ilə bağlı yaranmış durumdur.

Eyni zamanda diqqətini Qarabağ prosesi çərçivəsində də bəzən Moskva və Bakının mövqeyi ilə üst-üstə düşməyən problemlərinin həllinə yönəltməsidir.