vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
10:23 | 17 iyun 2019 | Bazar ertəsi Məqaləyə 2264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“S-300” və “S-400”ün yaradıcısının Bakıya bağlılığı

İqor Aşurbəyli hotel-muzey layihəsini həyata keçirir

Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300 Favorit” və “S-400 Triumf” zenit raket komplekslərinin yaradıcısı olan azərbaycanlı alim, texnika elmləri doktoru İqor Aşurbəyli Bakıda hotel-muzey layihəsini həyata keçirir.

Bunu İqor Aşurbəyli bildirib.

“Son iki ildə isə Azərbaycanda böyük layihə həyata keçirirəm. Bu, İçəri Şəhərdə, Qız Qalasının bir neçə addımlığında yerləşən hotel-muzey layihəsidir. Bildiyiniz kimi, mənim nəslimin nümayəndələri Azərbaycana ilk dəfə 1743-cü ildə gəliblər. İnqilab illərində Bakıda bizim 42 evimiz olub. Bunu 1913-cü ilin telefon nömrələri kataloqunu əldə edib görmək olar. Bu kataloqda Aşurbəyli soyadı ilə olan evlərin telefon nömrələri mövcuddur. Lakin təəssüflər olsun ki, bu evlərin hamısı sökülüb. İstəyirdik ki, Bakıda bir tarixi bina əldə edib, oranı soyumun başçısı olmuş Aşurxanın şərəfinə adlandıraq. Ona görə də, həmin hotel-muzey "Aşurxan Palace" adlanır. Bu layihədə Azərbaycan və Aşurbəylilər nəslinin 1743-cü ildən bu günə kimi olan tarixi öz əksini tapıb. Hotelin hər bir nömrəsi ayrılıqda Aşurbəylilər nəslinin bir nümayəndəsinə həsr olunacaq",- o deyib.

Əlavə edə ki, ilk kosmik dövlət olan "Asgardia"ın qurucusu olan İqor Aşurbəyli uzunmüddət "Almaz-Antey" hərbi sənaye kompleksinə rəhbərlik edib.