vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
15:11 | 27 iyun 2019 | Cümə axşamı Məqaləyə 1827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müxalifətə güzəşt Gürcüstan hökumətinə nə vəd edir?

Tiflis yenidən Qərb-Rusiya savaşının mərkəzinə çevrilir

Georgi LOMSADZE,
“Eurasianet”, ABŞ

MÖVZU İLƏ ƏLAQƏLİ

Nümayişlərin dördüncü günündən sonra hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili etirazçıların əsas tələbələrindən birinə — parlament seçkilərinin proporsional sistem əsasında keçirilməsinə baxmağı təklif edib. Proporsional və majoritar sistemin qarışığından ibarət olan mövcud sistem “Gürcü arzusu”na indiki parlamentdəki yerlərin 75 faizindən çoxunu almağa kömək edib. Halbuki bu partiyaya seçicilərin cəmi 48 faizi səs vermişdi.

24 iyunda keçirilən mətbuat konfransında İvanişvili deyib: “Həyat hər şeyə dəyişiklik gətirir və istənilən məsuliyyətli hakim siyasi qüvvə ölkədə yaranmış problemləri həll etməlidir. Və ən başlıcası, cəmiyyətin nəbzini tutmalıdır”.

O, 2020-ci ildə keçiriləcək növbəti parlament seçkilərinin yeni sistemlə keçirilməsini təklif edib. Bu sistemə əsasən, hər bir partiyanın parlamentdə təmsilçiliyi onun aldığı səslərə proporsional olacaq.

Seçkiləri müşahidə edən təşkilatlar “Gürcü arzusu”nun hazırda malik olduğu siyasi inhisarçılığa son qoymalı olduğunu bəyan edərək, təklif edilən islahatları bütövlükdə alqışlayıblar.

Beynəlxalq Demokratiya və Ədalətli Seçkilər Cəmiyyətinin (İSFED) bəyanatında deyilir: “Gürcü cəmiyyəti uzun illərdir ki, proporsional sistemə keçməyi tələb edir”. Bu təşkilatın sözlərinə görə, dəyişiklik parlamentdə yerlərin partiyalar arasında ədalətli bölgüsünü təmin edəcək. Belə bölgü onlara seçicilər tərəfindən verilən dəstəyi əks etdirəcək.

Tez-tez siyasi məsələlərlə bağlı şərh verən Milli Demokratiya İnstitutunun Gürcüstan ofisinin sabiq direktoru Luis Navarro “Eurasianet.org”a deyib: “Belə sistem, şübhəsiz, seçicilərin iradəsini indiki sistemdən daha yaxşı ifadə edəcək. Lakin əhalinin 20%-nin ardıcıl olaraq Avropa və NATO əleyhdarlığını ifadə etməsi nəzərə alınarsa, bu mövqe ətrafında indikindən daha böyük fraksiyanın yaranması mümkündür ”.

Eyni zamanda, İvanişvilinin digər təşəbbüsü daha az entuziazmla qarşılanıb.

İvanişvili təklif edib ki, partiyaların parlamentə keçməsi üçün tələb olunan seçici dəstəyinin minimum səviyyəsi, seçki əngəli ləğv edilsin.

İSFED bəyan edib: “Seçki əngəlinin ləğvi, ehtimal ki, çox aşağı səviyyədə seçici dəstəyi olan çox sayda partiyanın qanunverici orqanda təmsil olunmasına gətirib çıxaracaq. Və bu, parlamentin iş qabiliyyətinə mənfi təsir edə bilər. Partiyaların sayının həddindən çox olması hökumətin təşkil olunmasına mane ola, siyasi böhran və qeyri-sabitlik təhlükəsi yarada bilər”.

Müxalifət partiyaları minimum səs həddinin – seçki baryerininn ləğv edilməsini İvanişvilinin hiyləgər gedişi adlandırıblar. Çünki bu halda, o, tərəfdarları hesabına çox sayda kiçik partiya yarada, onları parlamentə gətirə və qanunverici orqan üzərində yenə də faktiki nəzarəti təmin edə bilər.

“Müzəffər Gürcüstan” partiyasının lideri İrakli Okuraşvili jurnalistlərə deyib ki, “Gürcü arzusu” bu sxem əsasında, praktiki olaraq, çoxsaylı kiçik partiyalara bölünəcək.

Bu güzəştlərə baxmayaraq, etirazlar davam edib.

24 iyunda gündüz vaxtı siqnal verən və Gürcüstan bayrağını yelləyən maşın və motosiklet karvanları DİN-in Tiflisdəki şüşə binası qarşısındakı yolun bir hissəsini bağlayıblar. Nümayişçilər 20 iyunda keçirilən nümayişin sərt formada dağıdılmasına görə məsuliyyət daşıyan Daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb ediblər. Nəticədə çox sayda nümayişçi ciddi xəsarətlər alıb. Etirazlara səbəb, Gürcüstanda işğalçı və ölkənin baş düşməni hesab edilən Rusiyadan olan bir deputatın gürcü parlamentində ortaya çıxması idi.

Mətbuat azadlığı uğrunda mübarizə aparan fəallardan biri Niniya Kakabadze “Eurasianet.org”a deyib: “Qaxariya Gürcüstan hökumətindən uzaqlaşdırılmalıdır. Bütün nazirlər bilməlidirlər ki, dinc nümayişçilərə qarşı qeyri-proporsional güc tətbiq edilən gün onların axırıncı iş günü olmalıdır”.

Etiraz nümayişlərindən sonra ortaya çıxan videolardan görünür ki, polisin xüsusi təyinatlı dəstələrinin bir neçə əməkdaşı rezin güllələrlə etirazçıların sifətinə qəsdən necə atəş açırlar. Nəticədə iki vətəndaş bir gözünü itirib, ikisi isə kritik vəziyyətdədir. Videonun bir fraqmenti xüsusilə ağır təsir bağışlayır: etirazçılardan biri gülümsəyərək uzaqdan polislə danışdığı yerdə qəflətən sifətinə rezin güllə dəyir.

Kakabadze deyib: “Nümayişçilərə qarşı belə sərt hərəkət edənlərin hamısını tapmaq və məsuliyyətə cəlb etmək lazımdır. Lakin təhqiqat çox vaxt aparacaq və heç kim küçələrdə aylarla durmaq niyyətində deyil. Qaxariyanı isə bir dəqiqədə işdən azad etmək olar”.

Hakimiyyət “Gürcü arzusu”nun “döyüşçüsü” və İvanaşvilinin yaxın müttəfiqi hesab edilən daxili işlər nazirinin müdafiəsinə qalxıb. “Gürcü arzusu”nun üzvü Mamuka Mdinaradze mətbuat konfransında sual edi:b “Həqiqətənmi, siz həmin gün nazir Qaxariyanın qəsdən kiməsə bədən xəsarəti yetirilməsi üçün (polisə) əmr verdiyini düşünürsünüz? ”

Mdinaradze, müxalifət partiyalarını dinc nümayişçiləri parlament binasına basqın etməyə qızışdırmaqda ittiham edib.

Buna baxmayaraq, Gürcüstan Baş prokurorluğu ayrı-ayrı polis əməkdaşlarının ifrat gücdən istifadə etməsilə bağlı təhqiqat başladıb. Bu da etirazçılara güzəşt kim görünür. 24 iyun axşamı DİN bir neçə polisi müvəqqəti olaraq, təhqiqat davam etdiyi müddətcə işdən azad edib.

Lakin etirazçılar təsdiq edirlər ki, polis özbaşınalığına görə məsuliyyəti məhz DİN başçısı daşıyır və onun istefasını tələb etməyə davam edirlər. Seçki qanunvericiliyinin islahatı onları qane etmir.

Sabiq prezident Mixail Saakaşvilini dəstəkləyən “Vahid milli hərəkat” partiyasının lideri Qriqol Vaşadze təkid edir ki, Qaxariya daxili işlər naziri postunda qaldıqca, Gürcüstanda, hətta seçki islahatından sonra da, ədalətli seçki ola bilməz. O, mətbuat konfransında deyib: “Gürcüstanın Qərb tipli mükəmməl demokratiyaya çevrilməsi uğrunda mübarizə hələ başa çatmayıb”.

Axşam Tiflisin mərkəzindəki Rustaveli prospektində nümayişlər yenidən başlayıb.