vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
14:27 | 2 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2276 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft kəskin “sıçradı”...

Putinlə Salman anlaşdı ...

MÖVZU İLƏ ƏLAQƏLİ

OPEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib.

Virtualaz.org Qərb mənbələrinə istinadən xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barrelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barrelə görə 60,20 dollara çatıb. Bu, son beş həftə ərzində ən yüksək göstəricilərdir.

Neft ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki, 2019-cu ilin sonuna kimi neft ixracatının ixtisarını davam etdirmək niyyətindədirlər. Dünən aparıcı neft istehsalçıları qiymətin qaxlmasına yönəlmiş siyasəti bəyəndiklərini bildiriblər.

OPEC, Rusiya və digər istehsalçılar bu gün və sabah görüşlər keçirərək, ixracatın azalmasını müzakirə edəcəklər. Sözügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və ABŞ-da istehsal həcmlərinin artması fonunda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ilə 6-9 aylıq mövcud hasilat səviyyəsini sutkada 1,2 milyon barrel ixtisar etmək barədə razılığa gəlib.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara ehtiyac yoxdur.

Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord həcmə - 12,16 milyon barrelə çatıb. Bu məlumatı ABŞ energetik informasiya idarəsi verib.

Bununla yanaşı, maliyyə bazarları ABŞ-çin münasibətlərinin nisbətən istiləşməsinə reaksiya veriblər – iki ölkənin liderləri ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər.