vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:28 | 5 iyul 2019 | Cümə Məqaləyə 1652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya səfirliyinin divarı uçdu

Tehrandakı elçiliklə toqquşan betonqarışdıran partladı

Rusiyanın Tehrandakı səfirliyinin həyətinin divarına dəyən beton qarışdıran maşında partlayış baş verib.

Bu gün sübh saatlarında yaşanan olayda mikser maşın iki digər avtomobillə toqquşduqdan sonra səfirliyin həyətinin divarlarına çırpılıb. Qısa müddət sonra maşın partlayıb və nəticədə sürücü ölüb.

Toqquşma və partlayışın şiddətindən divar tamamilə dağılıb. Maşının yaxınlıqdakı tikinti işi gedən əraziyə beton apardığı bildirilir.

Hadisə nəticəsində digər iki avtomobildə olan sərnişinlərdən 5-i ağır bədən xəsarətləri alıblar.