vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:13 | 20 iyul 2019 | Şənbə Məqaləyə 1840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarışmamışam, qarışmıram, qarışmayacam”

“Tamamilə dəqiqdir ki, oliqarxlar Trampın rəqiblərinə pul veriblər...”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin qalmaqallı amerikalı rejissor Oliver Stouna müsahibə verib. Müsahibədən fraqmentləri “Rossia Today” yayır.

Putin Oliver Stounla söhbətində 2016-cı il Amerika prezident seçkilərinə müdaxilə barədə danışıb. Deyib ki, həmin seçkilərə Rusiya yox, Ukrayna müdaxilə etmişdi.

“Tamamilə dəqiqdir ki, ukraynalı oliqarxlar Trampın opponentlərinə pul veriblər”, - Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, ukraynalı oliqarxlar bundan çıxış edirdilər ki, seçkilərdə Hillari Klinton qalib gələcək və onlar gələcək Amerika prezidentinə öz loyallıqlarını nümayiş etdirmək üçün hər şeyi edirdilər.

Stoun isə deyib ki, əgər Rusiya lideri bu haqda daha ətraflı informasiya versəydi daha “nəhəng nəticələr doğurardı”. Putin isə cavabında deyib: “Mən o vaxt da bu işə qarışmamışam, indi də qarışmaq istəmirəm və gələcəkdə də qarışmağa hazırlaşmıram”.

Qeyd edək ki, Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manafortun özünün də Ukrayna ilə şübhəli əlaqələri üzə çıxmışdı. Məlum olmuşdu ki, Manafort Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç üçün lobbiçilik edib, ona yaxın olan oliqarxlardan pul alıb. (virtualaz.org)